Ermənistan sərhədinə qədər dəmir yolunun tikintisi (Zəngəzur dəhlizinin bir hissəsi) 2023-cü ildə tamamlanacaq, indiyədək işlərin 24%-i icra olunub. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəya edib.
“Ermənistan sərhədinə qədər 110 km uzunluğunda dəmir yolunun bir hissəsinin tikintisi 2021-ci ildə başlayıb. İndiyədək layihənin 24%-ni icra olunub. Tikinti işləri 2023-cü ilə tamamlanacaq”, - Bayramov bu gün mətbuat konfransında bildirib.
O, həmçinin qeyd edib ki, Ermənistanla nəqliyyat dəhlizinin bərpası çərçivəsində 124 km uzunluğunda avtomobil yolunun çəkilməsi işləri həyata keçirilir. “Bu layihə üzrə işlərin 27%-i icra edilib”, - nazir qeyd edib.
“Bütün bunlar Azərbaycan tərəfinin öz üzərinə götürdüyü öhdəliklərin icrasıdır. Lakin, əfsuslar olsun ki, bizim məlumatımıza əsasən, Ermənistan tərəfi bu istiqamətdə ziddiyyətli bəyanatlardan başqa heç bir real iş görmür. Bu, iki tərəfin qeyd olunan məsələyə münasibətini və hər bir tərəfin öz öhdəliklərinə nə dərəcədə ciddi yanaşdığını aydın şəkildə nümayiş etdirir”, - Bayramov vurğulayıb.
Nazir bildirib ki, rəsmi Bakı Ermənistanla sərhədin delimitasiyası üzrə işlər üçün komissiya formalaşdırmağa hazırdır. “Eyni zamanda, Ermənistan tərəfi hansısa şərtlər irəli sürür. Hesab edirik ki, bu cür yanaşma müsbət dinamikanın formalaşmasına imkan yaratmır”, - XİN başçısı əlavə edib. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət