Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanda 2022-ci il yanvar ayı ərzində Pərakəndə İndeksini dərc edib, bu göstərici 107,2% təşkil edib.
«İnterfaks-Azərbaycan” Qrupa istinadən məlumat verir ki, İndeks Qrupa aid pərakəmdə ticarət nöqtələrində ən tələb olunan və satılan malların (ərzaqa) qiymətlərinin dəyişiklik dinamikasını əks etdirir. Bu göstərici “Veysəloğlu Pərakəndə İndeksi” adlanır.
Son məlumatlara əsasən, 2022-ci ilin yanvar ayı üzrə müştərilərin ən çox aldığı məhsulların qiymətində (“Araz” və “Oba” supermarketləri şəbəkəsində) ötən ilin yanvar ayına nisbətən 12,8% artım müşahidə edilib.
Belə ki, tez köhnələn qida məhsullarının qiymətində keçən ilin yanvar ayına nisbətən 14,8% artım, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 12,8% artım, spirtli içkilər və tütün məmulatlarının qiymətində isə 9,3% artım izlənilib.
“Veysəloğlu Pərakəndə İndeksi”nin hesablanması məqsədilə aşağıdakı formuladan istifadə olunur: “Veysəloğlu Pərakəndə İndeksi” = (Cari dövrün istehlak səbətinin qiyməti) / (Baza dövrünün istehlak səbətinin qiyməti) × 100%.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) istehsaldan distribusiyaya, logistikaya, supermarket şəbəkələri vasitəsilə müştərilərlə birbaşa qarşılıqlı əlaqəyə qədər tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən qabaqcıl və çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət