Rəsmi Bakı Udmurtiya ilə iqtisadi-ticarət və elmi-texniki əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu gün Bakıda Udmurtiya ilə əməkdaşlığın inkişaf etdirilməsinə həsr olunmuş biznes-forumda deyib.
“Bu gün Azərbaycan Rusiyanın 80-ə yaxın regionu ilə əməkdaşlıq edir. Təxminən 20 regionla iqtisadi-ticarət münasibətlərinin və elmi-texniki əməkdaşlığın inkişafı ilə bağlı müxtəlif sazişlər imzalanıb. Bu kontekstdə Udmurtiya ilə əməkdaşlığın inkişafına dair Yol Xəritəsi tərtib edə bilərdik. Azərbaycan Udmurtiya ilə münasibətlərin inkişafında maraqlıdır. İqtisadiyyat Nazirliyi inkişaf üçün hər cür səy göstərməyə və addımlar atmağa hazırdır”, - deyə o bildirib.
N.Səfərov qeyd edib ki, 1995-2021-ci illər ərzində Rusiya Azərbaycan iqtisadiyyatına $6,3 milyard investisiya qoyub. Bu məbləğin $5 milyardı neft, $1,3 milyardı isə qeyri-neft sektoruna yönəldilib. Azərbaycan isə Rusiya iqtisadiyyatına $1,2 milyarddan artıq investisiya yatırıb. Bu məbləğ demək olar ki, tamamilə qeyri-neft sektorunun payına düşüb”, - deyə o vurğulayıb.
Nazir müavini əlavə edib ki, bu gün Azərbaycanda 1,1 minə yaxın Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Rusiya şirkətləri dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən $273,9 milyon dəyərində 68 layihədə podratçı qismində iştirak edir.
N.Səfərov qeyd edib ki, 13 yanvar 2022-ci il tarixinə olan vəziyyətə görə, Rusiyanın 14 şirkəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində - Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərində iştirak etmək üçün müraciət edib.
“İşğaldan azad edilmiş ərazilərin inkişaf proqramı və konsepsiyası hazırlanıb. Bu ərazilərdə böyük potensial var. Bu baxımdan bir sıra Rusiya şirkətləri maraq göstərib, bəziləri isə artıq bu ərazilərdə fəaliyyətə başlayıb. Bununla əlaqədar Udmurtiya şirkətləri ilə əməkdaşlıq üçün geniş imkanlar açılır”, - deyə o vurğulayıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət