1 yanvar 2022-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 24-ü tərəfindən internet bankçılıq, 22-si tərəfindən isə mobil bankçılıq xidməti təqdim olunur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
“2021-ci il ərzində bank müştərilərinin cari hesablarından aparılan köçürmələrin ümumi sayı 76 milyon ədəd, həcmi isə 224,5 milyard manat təşkil edib. Aparılan köçürmələrin say üzrə 80%-i (60,4 milyon ədəd), həcm üzrə isə 73%-i (163,1 milyard manat) rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılıb”, - deyə məlumatda bildirilir.
2021-ci il ərzində internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi 2020-ci illə müqayisədə 63% artaraq 142 milyard manat, əməliyyatların sayı isə 69,6% artaraq 9,5 milyon ədəd olub.
“2021-ci ildə mobil bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi 2,8 dəfə artaraq 3,933 milyard manat, əməliyyatların sayı isə 6,3% artaraq 38,6 milyon ədəd olub”, - deyə məlumatda qeyd olunur.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət