Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin imzaladığı Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə Moskva və Bakının münasibətlərini yeni səviyyəyə çatdıracaq. Bunu Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin deyib.
“Bu gün Vladimir Putin ilə Sizin imzaladığınız Rusiya ilə Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə ilə əlaqədar ən mühüm, strateji məsələləri müzakirə etməyi təklif edirəm. Bu mühüm qərar bizim dostluq və mehriban qonşuluq münasibətlərimizi daha yüksək səviyyəyə çatdırır”, - deyə o, Moskvada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.
Hökumət sədrinin sözlərinə görə, Rusiya tərəfi Azərbaycanla dostluğu yüksək qiymətləndirir.
Mişustin, həmçinin pandemiyaya baxmayaraq, ikitərəfli ticari-iqtisadi əlaqələrin möhkəmləndiyini, əmtəə dövriyyəsinin 16 faiz artaraq 3 milyard 300 milyon dollara çatdığını qeyd edib.
O, kənd təsərrüfatı, infrastruktur, bərpaolunan enerji, rəqəmsal iqtisadiyyat sferalarında böyük potensialın mövcud olduğunu deyib.
Mişustinin sözlərinə görə, Rusiya, həmçinin RF iş adamlarının Azərbaycana işgüzar missiyalarının davam etdirilməsində maraqlıdır.
Rusiya Hökumətinin sədri hər iki ölkənin koronavirus infeksiyasına qarşı birgə mübarizə apardığını xatırladıb. O əlavə edib ki, Rusiya Azərbaycana xüsusi test-sistemlər verib, təqribən 220 min doza “Sputnik V” vaksini tədarük edib, həkimlərdən ibarət briqadalar göndərib.
Mişustin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Cənubi Qafqazın inkişafına imkan verən mühüm Bəyanatını da qeyd edib. “Əminəm ki, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, yeni infrastruktur marşrutlarının yaradılması Cənubi Qafqazın bütün dövlətlərinin maraqlarına cavab verir”, - deyə o vurğulayıb.*
R.Əhmədov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət