2021-ci ildə Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 12% artaraq $5 milyarda çatıb, lakin iqtisadi əlaqələr potensialı daha yüksəkdir. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib.
“2021-ci ildə pandemiyaya baxmayaraq, ticarət dövriyyəsi 12% artaraq $5 milyarda çatıb. Həmçinin, potensial daha yüksəkdir”, - Bayramov şənbə günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir.
“İlk günlərdən Türkiyə şirkətləri Azərbaycanı azad edilmiş ərazilərində fəal iştirak edirlər. Eyni zamanda, sadəcə podratçılar kimi deyil, həm də investorlar qismində”, - o qeyd edib.
Bayramov vurğulayıb ki, Bakı azad edilmiş ərazilərdə sənaye parklarının inkişafında Türkiyə biznesinin iştirakını gözləyir.
Öz növbəsində, Çavuşoğlu bəyan edib: “Pandemiyaya baxmayaraq, ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi $5 milyarda çatıb. Lakin prezidentlərimiz tərəfindən bu göstəricinin illik $15 milyarda çatdırılması vəzifəsini qoyulub, çünki bu ölkələrimizin potensialına cavab verir”.
Onun fikrincə, bunun üçün tərəflər bir neçə addım atmalıdırlar. “Xüsusilə, nəqliyyat və logistika sahəsind maneələri arada qaldırmaq lazımdır. Biz həmçinin ölkələrimiz arasında qüvvədə olan predferensial ticarət haqqında sazişi genişləndirə bilərik. Ancaq azad ticarət haqqında sazişə dair danışıqlara başlamağı vacib hesab edirəm, çünki pandemiya və regionda baş verə hadisələr onu göstərir ki, biz ölkələrimiz arasında asiləsiz təchizat zəncirini təşkil etməliyik, bu istiqamətdə işi birlikdə davam etdirəcəyik”, - o vurğulayıb.
Türkiyə XİN başçısı əlavə edib ki, Bakı və Ankaranın qarşılıqlı investisiyaları təxminən $30 milyarda çatıb və “iki ölkənin şirkətlərinin qarşılıqlı investisiyaların təşviqi üzrə işi davam etdirəcəyik”. **
X.Nəsirzadə, N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət