Azərbaycan prezidenti İlham Əliyev və İtaliyanın Nazirlər Şurasının sədri Mario Draqi arasında teıefon danışığı baş tutub. Bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.
“Telefon söhbəti zamanı bu il Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu bildirilib. Tərəflər iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluq ifadə ediblər”, - məlumatda deyilir.
Söhbət əsnasında Azərbaycan və İtaliya arasında iqtisadi, ticarət və enerji sahələrində səmərəli əməkdaşlığın qurulduğu bildirilib. Enerji sahəsində əməkdaşlıqda Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik təbii qaz boru kəmərinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Azərbaycan İtaliyanın neft təchizatında birinci, qaz təchizatında isə üçüncü yer tutur.
Telefon danışığı zamanı mədəniyyət və təhsil sahələrində həyata keçirilən uğurlu əməkdaşlıq layihələri müzakirə olunub və bu xüsusda Bakıda İtaliya-Azərbaycan universitetinin yaradılmasının əhəmiyyəti vurğulanıb.
Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi məqsədilə yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlər mübadiləsinin davam etdirilməsinə razılıqlarını bildiriblər.
Telefon söhbəti zamanı regional mövzular, o cümlədən Ukraynada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılıb. **
B.Rüstəmbəyov
9 ay ərzində Aİ ölkələri Azərbaycana əczaçılıq məhsullarının ixracını 2% artırıblar
DTA və İƏT turizm üzrə təhsil sahəsində əməkdaşlıq etmək niyyətindədir
“Pro Construction Company” Cəlilabad rayonunda xəstəxana tikintisinin podratçısı oldu
“Rabalon” Naxçıvanda Data Mərkəzi binasının layihəsini hazırlayacaq
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
İsrail Baş Qərargah rəisi Qəzzanın cənubunda da güclü əməliyyat vəd edib
İsrail ordusu HƏMAS-a qarşı hərbi əməliyyatlar başlayandan bəri 10 min hava zərbəsi endirib
İsrail hökuməti Qəzzada bufer zonası yaratmaq planını təsdiqləyib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
AccessBank HPE Server avadanlığı və sistemləri üçün komponentlərin təchizatına dair tender elan edir
Bakı Ali Neft Məktəbində Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunub
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək