Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti (AAM - Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator) Ukraynada baş verən münaqişənin Azərbaycanda əməliyyatlarına mühüm dərəcədə təsir edəcəyini gözləmir.
“Şirkət Ukraynada baş verən münaqişənin özünün tədarük zənciri və ya əməliyyatlarına mühüm dərəcədə təsir edəcəyini gözləmir, lakin mütəmadi qaydada hadisələri izləməyi davam edəcək”, - AAM-nin məlumatında deyilir.
Həmçinin, şirkətdən qeyd olunur ki, bu yaxınlarda Rusiyanın dövlət strukturları, şirkətləri və fərdi şəxslər barəsində tətbiq olunan beyəlxalq sanksiyalar şirkətə və onun fəaliyyətinə toxunmayıb.
Hazırda “Anglo Asian Mining” qiymətli metal hasilatını “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən həyata keçirir.
“Anglo Asian Mining” şirkəti 2021-ci ildə qiymətli metal hasilatını 2020-ci illə müqayisədə 3,9% - 64,61 min unsiya qızıl ekvivalentinə qədər azaldıb. 2021-ci ildə şirkət tərəfindən Azərbaycanda 48,68 min unsiya qızıl (azalma 14,4%), 2,649 min ton mis (artım 2,2%), 154,564 min unsiya gümüş (artım 25,7%) hasil edilib.
Azərbaycan 1997-ci il avqust ayının 21-də Production Sharing Agreement tipli müqavilə imzalayıb. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl, 2,5 min ton gümüş hasilatı planlaşdırılır.
İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət