Azərbaycan hökuməti 2021-ci ildə beynəlxalq və kommersiya maliyyə-kredit təşkilatlarından 2 layihə üzrə $415 milyon məbləğində kreditin cəlb olunmasını nəzərdə tutan kredit sazişləri imzalayıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə hökumətin 2021-ci ilə dair hesabatında deyilir.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan ümumilikdə $150 milyon məbləğində 2 kredit sazişi imzalamışdı.
“2021-ci ildə 2 layihənin maliyyələşdirilməsi üçün $415 milyon məbləğində kredit sazişləri (Dünya Bankı ilə Regional Yollar və İnkişaf Layihəsi üzrə $65 milyon məbləğində və Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı ilə COVID-19 infeksiyasının mənfi təsirlərinin azaldılması proqramı üzrə $350 milyon məbləğində) imzalanıb”, - deyə hesabatda qeyd olunur.
Ötən il Azərbaycan müxtəlif layihə və proqramların həyata keçirilməsi üçün $9,45 milyon məbləğində qrant və texniki yardım alıb. 2020-ci ilin yekunları üzrə bu məbləğ $36,8 milyon təşkil edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət