2021-ci ildə Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” təbii qazın mövsümi mübadiləsi üzrə Rusiyaya 326,5 milyon kubmetr qaz tədarükünü təmin edib.
“2021-ci ilin yayında “Azərkontrakt” və “Qazprom” arasında imzalanmış müqaviləyə əsasən, ötən il Azərbaycan qazıın Rusiyaya tədarükü 326,5 milyon kubmetr təşkil edib”, - “İnterfaks-Azərbaycan”a hökumətdən bildiriblər.
2021-ci ildə ümumilikdə, “Azərkontrakt” 15,8 milyard kubmetr qaz əldə edib, istehlakçılara 12,9 milyard kubmetr qaz satıb.
“2021-ci ildə Azərbaycanın yeraltı qaz anbarlarına 2,3 milyard kubmetr qaz vurulub”, - hökumətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2021-ci ilin iyul ayında Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” və “Qazprom” Qrupu arasında müvafiq müqavilə imzalanıb. Müqavilənin qüvvədə olması müddəti 2023-cü ilə qədərdir. Müqavilə yay mövsümündə Azərbaycandan Rusiyaya, həmçinin qış mövsümündə Rusiyadan Azərbaycana analoji həcmdə qazın tədarükünü nəzərdə tutur.
Tədarük həcmi yay aylarında Azərbaycanda qaz hasilatı və istehlak səviyyəsindən asılı olacaq.
Öncə Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan və Rusiya arasında təbii qazın mövsümi mübadiləsi (svop) gündəlik 0,5 milyon kubmetr təşkil edəcək.
Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” ASC Azərbaycan prezidentinin 17 dekabr 1996-cı il tarixli fərmanı ilə keçmiş Material Ehtiyatları Nazirliyi və Ticarət Nazirliyinin bazasında yaradılıb.
2021-ci ildən “Azərkontrakt” təbii qazın topdan alqı-satqısı üzrə SOCAR-ın əvvəlki funksiyalarından birini yerinə yetirməyə başladı. Cari ildən başlayaraq qaz hasil edən şirkətlər ilə qazpaylayıcı və enerji istehsalçıları arasında vasitəçi rolunda sözügedən şirkət çıxış edir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət