İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün keçən ilin dövlət büdcəsindən ayrılmış 2,2 milyard manat (təxminən $1,3 milyard) məbləğində vəsait demək olar ki, tamamilə istifadə olunub. Bunu baş nazir Əli Əsədov deyib.
“Cari ilin dövlət büdcəsində də bu məqsədlər üçün eyni məbləğ nəzərdə tutulub”, - deyə o, bu gün Milli Məclisdə Nazirlər Kabinetinin 2021-ci ildəki fəaliyyətinə dair hesabatla çıxışı zamanı bildirib.
Baş nazir, həmçinin qeyd edib ki, azad edilmiş ərazilərin bərpası məsələsində infrastruktur layihələrinə böyük əhəmiyyət verilir.
Onun sözlərinə görə, 2021-ci ildə işğaldan azad edilmiş ərazilərdə 20 min hektardan çox ərazi minalardan təmizlənib. Bu il isə təmizlənmiş ərazilərin sahəsi iki dəfə artırılacaq. “Görülmüş tədbirlər nəticəsində bu il minalardan təmizlənən ərazilərin sahəsi 2 dəfə artırılacaq və 40 min hektar ərazi minalardan təmizlənəcək. Azad olunmuş ərazilərin kənd təsərrüfatı potensialı mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının tapşırığına uyğun olaraq azad olunmuş ərazilərdə 100 min hektar sahədə əkin işləri aparılacaq”, - deyə Ə.Əsədov bildirib.*
X.Nəsirzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət