Prezident İlham Əliyev martın 15-də Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.
230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa ediləcək.
Energetika naziri Pərviz Şahbazov bu gün mətbuat konfransında bildirib ki, stansiya il yarım ərzində inşa ediləcək.
“Layihənin dəyəri $225 milyon təşkil edir və bu məbləğ “Masdar” şirkəti tərəfindən təmin olunacaq. İstehlakçılara elektrik enerjisinin satışı Tarif Şurasının müəyyən etdiyi tariflər əsasında həyata keçiriləcək. Stansiyanın inşası ildə 110 milyon kubmetr qaza qənaət etməyə və 200 min ton karbon emissiyasının qarşısını almağa imkan verəcək”, - deyə o qeyd edib.
Nazirin sözlərinə görə, bu layihənin həyata keçirilməsi nəticəsində Azərbaycanın enerji sistemində bərpaolunan enerjinin müəyyən edilmiş gücünün xüsusi çəkisi 16,5%-dən 21,2%-ə çatacaq.
Öz növbəsində, Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazrouei bildirib ki, yeni stansiya 110 min mənzili elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. “Stansiyadakı bütün avadanlıqların 20%-i Azərbaycandakı yerli podratçıların hesabına təmin olunacaq”, - deyə o əlavə edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət