Heydər Əliyev Beynəlxalq Aeroportu çərşənbə günü “Pakistan International Airlines” aviaşirkətinin Kəraçidən ilk sərnişin reysini qəbul edib.
“Aviasiya ənənəsinə görə, salamlama əlaməti olaraq təyyarə su tağı ilə qarşılanıb», - Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilir.
Martın 18-də aviaşirkət Lahor şəhərindən Bakıya növbəti uçuş yerinə yetirəcək.
“Bu həftədən etibarən Pakistan aviadaşıyıcısı Kəraçi və Lahor şəhərlərindən Bakıya həftədə iki dəfə uçuşlar həyata keçirəcək”, - məlumatda deyilir.
AZAL-ın vitse-prezidenti Eldar Hacıyev bununla əlaqədar mərasimdə qeyd etdi ki, yeni marşrut Azərbaycanla Pakistan arasında dostluq əlaqələrini möhkəmləndirəcək. “Gələcəkdə bu marşrut iki ölkənin işgüzar və turizm əlaqələrinin inkişafı üçün möhkəm təməl olacaq, həmçinin Bakı hava limanı vasitəsilə digər ölkələrlə rahat uzlaşmanı təmin edəcək. Perspektivdə AZAL aviaşirkəti həmçinin Bakıdan Lahora uçuşlara başlamağı planlaşdırır”, - məlumatda Hacıyevin sözlərindən sitat gətirilir.
Pakistanın Azərbaycandakı səfiri Bilal Hayi qeyd edib ki, hava əlaqəsinin başlanması “tarixi hadisədir” və ölkələr arasında dostluq münasibətlərinin və mehriban qonşuluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək.
“Bu, həmçinin ölkəmizin Azərbaycanla uzunmüddətli münasibətlərdə maraqlı olmasının təkzibedilməz sübutudur. İki qardaş ölkə arasında hava əlaqəsi hər iki dövlətin turizm potensialının inkişafına yeni təkan verəcək və Azərbaycan və Pakistanın iş adamları arasında əlaqələri genişləndirəcək”, - diplomat qeyd edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov gələcəkdə iki ölkənin şəhərləri arasında reyslərin sayının artırılacağına ümid etdiyini bildirib.
“Azərbaycan böyük turizm potensialı olan gözəl ölkədir. Uçuşlar ölkələrimiz daha sız birləşdirəcək və eyni zamanda bütün sahələrdə, həmçinin ticarət və turizm sahələrində sahibkarlar üçü yeni imkanlar yaradacaq”, - “Pakistan International Airlines” aviaşirkətinin baş icraçı direktoru Arşad Malik öz növbəsində bildrib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət