Trans-Adriatik (TAP) qaz kəməri ilə İtaliyaya ümumilikdə 8,5 milyard kubmetr Azərbaycan qazı nəql olunub. Bu barədə “TAP AG” şirkətinin məlumatında deyilir.
Azərbaycan 2020-ci il dekabrın 31-də Avropaya qaz ixracına başlayıb. Hazırda Avropada Azərbaycan qazının əsas alıcısı İtaliyadır.
“İndiyədək TAP ilə Azərbaycandan ümumilikdə 10 milyard kubmetr təbii qaz nəql olunub. Bunun 8,5 milyard kubmetrə qədəri İtaliyaya ixrac edilib”, - deyə məlumatda bildirilir.
“10 milyard kubmetr simvolik, lakin mühüm mərhələdir. Kommersiya fəaliyyətinin başlanmasından bir ildən bir qədər çox vaxt keçdikdən sonra biz yükgöndərənlərimizə səmərəli, etibarlı və davamlı daşıma xidmətləri göstərərək, Avropanın enerji təhlükəsizliyinə və təchizatın şaxələndirilməsinə mühüm töhfə vermişik. Hazırda biz ildə 10 milyard kubmetrlik tam nəql gücünə çata bilirik. Bundan əlavə, biz qısamüddətli hərraclar vasitəsilə daha çox həcm əlavə edə bilərik", - deyə TAP-ın icraçı direktoru Luka Şippati (Luca Schieppati) qeyd edib.
Daha əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirmişdi ki, 2022-ci ildə İtaliyaya 7,4 milyard kubmetr Azərbaycan qazı ixrac ediləcək.
“TAP AG” şirkətinin məlumatına görə, 2020-ci il dekabrın 31-dən 2021-ci il dekabrın 31-dək TAP ilə Avropaya 8,2 milyard kubmetrə qədər Azərbaycan qazı ixrac edilib. Bu həcmin 6,8 milyard kubmetrdən çoxu İtaliyaya, qalanı Yunanıstan və Bolqarıstana nəql olunub.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan CQD layihəsinin sonuncu komponentidir.
Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Kəmərin ötürmə qabiliyyəti onun gücünü iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
Layihənin səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir. Layihənin dəyəri 4,5 milyard avrodur. TAP-ın təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanda keçirilib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət