2022-ci ilin yanvar-fevral aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 4 milyon 900 min 369,59 ton neft ixrac edib ki, bu da 2021-ci ilin yanvar-fevral aylarının göstəricisindən 13,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan $2 milyard 943 milyon 901,18 min dəyərində (artım 44%) neft ixrac edilib.
Yanvar-fevralda ixracın ümumi strukturunda neftin payı 49,33% (2021-ci ilin yanvar-fevralında 73,33% - İF) təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına əsasən, yanvar-fevralda Azərbaycan neftinin bir barelinin orta qiyməti $80,1 təşkil edib.
Yanvar-fevralda 17 ölkə Azərbaycan neftinin alıcısı olub. İtaliya, ənənəvi olaraq, Azərbaycan neftinin əsas alıcısı olaraq qalıb. Yanvar-fevral ayları ərzində neft ixracının 43,3%-i bu ölkənin payına düşüb.
Alıcıların ilk üçlüyünə İtaliya ilə yanaşı, İsrail və Ukrayna da daxil olub.
Bütövlükdə, Azərbaycan nefti əsasən Avropa ölkələrinə ixrac edilsə də, Tailand, Tunis, Türkiyə daimi alıcılar olaraq qalır. Fevralda alıcılar siyahısında Çin, Vyetnam, Xorvatiya, Fransa, Kanada, İndoneziya, və bir sıra digər ölkələr yer almayıb.
Yanvar-fevralda əsas alıcı ölkələr üzrə neft ixracının strukturu:
Ölkələr |
Həcm (ton) |
Gəlir (min ABŞ dollları) |
İtaliya |
2 122632,74 |
1 287893,36 |
İsrail |
431 406.11 |
257 602.47 |
Ukrayna |
422613,20 |
245169,14 |
Portuqaliya |
292112,67 |
181664,26 |
Tailand |
276690,64 |
161353,10 |
Böyük Britaniya |
216 909,17 |
125 597,10 |
Tunis |
186365,64 |
120122,11 |
Hindistan |
136966,25 |
90152,11 |
Çexiya |
163 459,94 |
89 192,64 |
İspaniya |
132 852,84 |
75 689,23 |
Belarus |
84893,31 |
57590,07 |
Avstriya |
82901,03 |
55781,16 |
Rumıniya |
90527,47 |
54093,23 |
Almaniya |
91 762,54 |
50 535,73 |
İrlandiya |
88 077,58 |
50 060,05 |
Türkiyə |
80 116,78 |
41 364,46 |
Rusiya |
81,69 |
40,96 |
**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət