Azərbaycan Mərkəzi Bankı geosiyasi və geoiqtisadi gərginliyin artması ilə bağlı risklərin olduğu vəziyyətdə inflyasiyanın proqnozlaşdırılması ilə əlaqədar çətinlikləri qeyd edir, növbəti aylarda monetar siyasətin sərtləşdirilməsini istisna etmir.
“Qlobal iqtisadiyyat geosiyası və geoiqtisadi risklərin təzyiqi altındadır. Yüksək qeyri-müəyyənliklər inflyasiyanın proqnozlaşdırılmasını çətinləşdirir.Geosiyasi və geoiqtisadi risklərlə bağlı yaranmış yeni şərait reallaşan və potensial təsirləri inflyasiyanın proqnoz variantlarına yenidən baxmaq zərurəti yaratmışdır. Fevral ayının sonlarından başlayaraq birja əmtəələrinin qiymətlərinin kəskin yüksəlməsi tərəfdaş ölkələrdə, xüsusən də enerji idxal edən tərəfdaş ölkələrdə inflyasiya təzyiqlərini daha da yüksəltməkdədir. Tərəfdaş ölkələrin bəzilərində milli valyutaların kəskin ucuzlaşması bu ölkələrdə inflyasiyanın Azərbaycana idxalını məhdudlaşdırır. Digər tərəfdən Azərbaycanın əsas ixrac əmtəələrinin bahalaşması qiymətlər sabitliyinin əsas lövbərini – milli valyutanın məzənnəsinin dayanıqlığını dəstəkləyir”, - AMB qeyd edir.
Bankın məumatında qeyd edilir ki, 2022-ci ilin fevral ayında inflyasiya 1.1% olub, ötən ilin eyni ayına nəzərən isə qiymətlərin ümumi səviyyəsi 11.9% artıb. İllik ərzaq inflyasiyasının tempinin yüksək səviyyədə qalması (17.2%) dünya birjalarında ərzaq məhsullarının bahalaşmaqda davam etməsindən əhəmiyyətli təsirlənir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) təşkilatının məlumatlarına görə, dünya ərzaq qiymətləri son 2 ayda 5.2%, son bir ildə isə 20.7% artıb.
AMB qeyd edir ki, Azərbaycanda keçirilmiş sorğunun nəticələrinə görə, ev təsərrüfatlarının 24%-dən çoxu inflyasiya tempinin daha da yüksələcəyini gözləyir.
İnflyasiya təzyiqlərinin və gözləntilərinin yüksəlməsi ssenarisində ilin qalan dövründə Mərkəzi Bank monetar şəraitin əlavə sərtləşdirilməsi yönümündə qərarların qəbul ediləcəyini istisna etmir.Bundan başqa, hökumət və AMB bir sıra antiinflyasiya tədbirləri qəbul etməyi planlaşdırır.
Həmçinin, AMB cari ilin yanvar-fevral aylarında Azərbaycanın makroiqtisadi göstəricilərinin müsbət dinamikasını qeyd edir: ümumi daxili məhsul real ifadədə 6.7%, o cümlədən qeyri-neft sektoru üzrə 10.1% artıb. İqtisadi artım qeyri-neft sənayesində 19.8%, kənd təsərrüfatında 3.1%, tikintidə 6.5% olub. Pərakəndə ticarət dövriyyəsi 3%, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 5% artıb. “İnvestisiyaların 2 ayda ümumi dəyişimi neqativ olsa da (2.1%) qeyri-neft investisiyalarının artımı 12.1% təşkil edib. İlin sonuna əsasən dövlət investisiyaları hesabına investisiya tələbinin tam bərpası gözlənilir”, - AMB vurğulayır.
Bankın məlumatına görə, yanvar-fevral ayarında bankların kredit portfeli 2.8%, əhalinin manatla əmanətləri 3.8% artıb.
2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib. İqtisadiyyat Nazirliyi 2022-ci ildə Azərbaycanda orta illik inflyasiyanın 4%-dək azalacağını proqnozlaşdırır. Mərkəzi Bankın qiymətləndirmələrinə görə, 2022-ci ildə orta illik inflyasiya 6,6%-7,1% təşkil edəcək.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət