Azərbaycan prezidenti İlham Əliyev dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddini 20% səviyyəsində təsdiq edib.
Bazar ertəsi imzalanmış Azərbaycan prezidentinin fərmanında hökumətə müvafiq tapşırıq əks olunub.
Bundan başqa, prezidentin tapşırığına əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 20%, 2022-ci ilin sonuna isə 27,5% müəyyən edilməlidir.
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.
Xəbər verildiyi kimi, Maliyyə Nazirliyindən məlumat verilib ki, 1 yanvar 2022-ci il tarixinə Azərbaycanın dövlət borcu 16 milyard 899,1 milyon manat ($9 milyard 940,6 milyon) məbləğində və ya ÜDM-in 18,2%-i səviyyəsində qiymətləndirilir. 2021-ci ildə dövlət borcunun nominal həcmi 0,2% azalıb.
Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci il yanvarın 1-nə dövlət borcunun 81,8%-i xarici dövlət borcunun ($8 milyard 135,7 milyon və ya 13 milyard 830,7 milyon manat, ÜDM-in 14,9%-i), 18,2%-i daxili dövlət borcunun (3 milyard 68,4 milyon manat və ya ÜDM-in 3,3%-i) payına düşüb.
2021-ci ildə xarici dövlət borcunun həcmi 7,8% azalıb, daxili dövlət borcu 58% artıb.
Azərbaycan hökumətinin qiymətləndirmələrinə görə, 2025-ci ildə dövlət borcunun həcmi $7,7 milyarda qədər (ÜDM-in 14,1%-i) azalmalıdır.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət