2021-ci ilin yekunları üzrə “AtaSığorta” şirkətinin zərəri 2020-ci ildə 744 min 228,52 manat xalis mənfəətə qarşı 2 milyon 864,96 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Şirkətin dərc edilmiş maliyyə hesabatına əsasən, hesabat ilində onun gəlirləri 15 milyon 752 min 301,68 manat, sığorta haqları 11 milyon 952,096 min manat (2020-ci illə müqayisədə azalma 14% - İF), investisiya gəlirləri 1 milyon 297,45 min manat təşkil edib, qalan gəlirlər isə digər maddələr üzrə əldə edilib.
2021-ci ildə “AtaSığorta”nın xərcləri 18 milyon 17,167 min manat, o cümlədən sığorta ödənişlərinin həcmi 8 milyon 532,532 min manat (2020-ci illə müqayisədə azalma 2,1% - İF), sığorta işinin aparılması xərcləri 7 milyon 125,68 min manat, təkrar sığortaya verilən risklər 1 milyon 194,388 min manat təşkil edib, qalan xərclər digər maddələrin payına düşüb.
2021-ci ildə şirkətin aktivləri 20,5% - 17 milyon 448,503 min manatadək, öhdəlikləri 19,6% - 9 milyon 201,793 min manatadək, kapitalı 21,6% - 8 milyon 246,71 min manatadək azalıb.
Hesabat ilində şirkətin nizamnamə kapitalı 14,6 milyon manat səviyyəsində qalıb.
2021-ci ildə şirkətin banklarda yerləşdirilən depozitlərinin həcmi 23,6% - 3,7 milyon manatadək azalıb.
“AtaSığorta” şirkəti 2004-cü ilin sentyabr ayında fəaliyyət üçün lisenziya alıb.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət