2021-ci ildə Azərbaycanla İtaliya arasında ticarət dpvriyyəsi təxminən $10 milyard təşkil edib, 2022-ci ildə Azərbaycan qazının nəqli hesbına daha da artacaq. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşıdır və İtaliyanın Cənubi Qafqazla apardığı ticarətin 95%-i Azərbaycanla aparılır. Rəqəmlər çox yaxşıdır, demək olar ki, ötən il 10 milyard ABŞ dolları olub. Əminəm ki, bu il İtaliyaya əlavə qaz təchizatına görə bu göstərici daha da artacaq”, - Əliyev şənbə günü İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Prezident qeyd edib ki, Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması ilə önəmli qaz təchizatçısına çevrildi və hazırda ölkəmiz qaz təchizatında 3-cü yerdədir.
Əliyev əlavə edib ki, 2021-ci ildə Azərbaycan İtaliyaya 7 milyard kubmetr qazı nəql edib, bu il “bundan da çox olacaq”.
Dövlət başçısı bildirib ki, ölkələr arasında enerji əməkdaşlığında yeni imkanlar var. O vurğulayıb ki, “uzun illər ərzində Azərbaycan neft təchiz edən etibarlı mənbə olub” və İtaliyaya neft təchizatının bir nömrəli mənbəyidir.
Prezident məlumat verib ki, şənbə günü Bakıda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi olacaq. “Əminəm ki, bu, Azərbaycanda ən yaxşı universitetlərdən biri olacaq”, - deyə dövlət başçısı bildirib ki, beş italyan universiteti bu layihənin tərəfdaşı qismində çıxış edir.
Azərbaycan prezidenti deyib ki, İtaliya şirkətləri azad edilmiş ərazilərin quruculuq işlərində fəal iştirak edir. “Həmçinin italyan şirkətlərinin azad edilmiş ərazilərin bərpa-quruculuq işlərində fəal iştirakı bizi sevindirir.Hazırda 3 şəhərdə İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da İtaliya şirkətləri tərəfindən həyata keçirilir”, - Əliyev bəyan edib. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət