SOCAR aprelin 4-dən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) işini planlı təmir işləri ilə əlaqədar dayandırıb.
“Aprelin 4-dən etibarən BNEZ-dəki qurğuların bir hissəsinin planlı profilaktika işləri üçün müvəqqəti dayandırılması prosesi başlayıb. Sözügedən işlərdən sonra zavodun modernləşdirilməsi layihəsi çərçivəsində Avro-5 standartına uyğun dizel istehsalına başlamaq üçün lazım olan yeni əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınması planlaşdırılır”, - deyə SOCAR-ın vitse-prezidentinin müavini, mətbuat katibi İbrahim Əhmədov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O, həmçinin deyib ki, BNEZ-də profilaktika işləri ilə əlaqədar SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin bu zavoddan xammal alan kimya müəssisələrinin işi də profilaktika işlərinin aparılması üçün aprelin 5-dən dayandırılıb.
“Hər iki müəssisənin işinin paralel dayandırılması onların vahid qiymət formalaşması zəncirində qarşılıqlı əlaqəsi ilə şərtlənib, çünki BNEZ “Azərikimya” İB üçün əsas xammal mənbəyidir”, - deyə İ.Əhmədov izah edib.
Bununla belə, o, müəssisələrin fəaliyyətinin hansı müddətə dayandırılması və şirkətin bu dövr ərzində AI-92 markalı benzin idxal edib-etməyəcəyi barədə məlumat verməyib.
Xəbər verildiyi kimi, SOCAR BNEZ-də modernləşdirmə işlərinin həyata keçirilməsi çərçivəsində 2022-ci ildə dövlət büdcəsindən 214 milyon manat ($126 milyona yaxın) alacaq.
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun işi təmir işlərinin aparılması üçün sonuncu dəfə 2020-ci il avqustun 27-dən oktyabrın sonunadək dayandırılıb. Bu dövrdə zavodda AI-92 markalı avtomobil benzini istehsal edilməyib. Bu müddət ərzində dayandırılmış qurğularda da bir sıra işlər həyata keçirilib.
2022-ci il fevralın 1-dən Nazirlər Kabineti Azərbaycana idxal edilən AI-92 və AI-95 markalı avtomobil benzinini gömrük rüsumundan azad edib. Bu benzin növlərinin hər min litri üçün gömrük rüsumu 15 faizdən sıfır faizə endirilib. Bu güzəştlər bu ilin iyunun 1-dək qüvvədə qalacaq.
SOCAR Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi çərçivəsində 2022-ci ilin ortalarında bu zavodda Avro-5 standartına cavab verən dizel yanacağı, 2023-cü ilin ortalarında isə benzin istehsalına başlamağı planlaşdırır. Bununla da BNEZ-in modernləşdirilməsi üzrə cari mərhələ başa çatacaq. Bundan sonra zavodda AI-92 və AI-95 markalı avtomobil benzini istehsal olunacaq.
SOCAR BNEZ-in yenidən qurulması və modernləşdirilməsi üzrə işləri 2024-2025-ci illərdə başa çatdırmağı planlaşdırır. Modernləşdirilmə işlərindən sonra BNEZ-də illik 2,2 milyon ton avtomobil benzini (hazırda 1,2 milyon ton təşkil edir), 2,9 milyon ton dizel yanacağı (hazırda 1,9 milyon ton), 1 milyon ton reaktiv yanacaq (hazırda 600 min ton) və 390 min ton neft-kimya məhsulları (hazırda 112 min ton) istehsal olunacaq.
Layihə $2,2 milyard məbləğində qiymətləndirilib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət