2021-ci ildə STAR neft emalı zavodunun gəlirləri $6,14 milyard təşkil edib.
“STAR NEZ-in gəlirləri ildən-ilə artır. 2021-ci ildə zavodun ümumi gəlirləri 44% artaraq $6,14 milyard təşkil edib”, - deyə SOCAR-ın rəsmi Facebook səhifəsində məlumat verilib.
Gəlirlərin 64%-i Türkiyədaxili bazarda satışlardan əldə edilib, 36%-i isə xarici bazarların payına düşüb.
“Zavodun məhsullarını idxal edən əsas ölkələrin ilk beşliyinə Yunanıstan, Livan, İtaliya, Belçika və Hollandiya daxildir. STAR-ın Türkiyədə dizel yanacağı üzrə bazar payı 17,5%, reaktiv yanacaq üzrə 12,6%, LPG üzrə 5,1%-dir”, - deyə məlumatda bildirilir.
19 oktyabr 2018-ci il tarixində STAR NEZ-in işə salınması mərasimi keçirilib. Zavod “Azeri Light”, “Kərkük” və “Urals” kimi neft markalarının emalı üçün nəzərdə tutulub. Zavodda illik 1,6 milyon ton nafta, 1,6 milyon ton reaktiv yanacaq, 4,8 milyon ton ultra aşağı kükürd tərkibli dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilol, 480 min ton reformat və 160 min ton kükürd istehsalı planlaşdırılıb.
STAR neft emalı zavodunun illik gücü 11 milyon ton neftdir. Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla Aralıq dənizi bazarına çıxmasına imkan verib.
SOCAR STAR NEZ-in tikintisi layihəsinə $6,3 milyard sərmayə yatırıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət