"Daşkəsən Dəmir Filiz" MMC Cənub-şərq dəmir filizi mədənində üstaçma, partlayış və süxur daşıma işlərinə 120 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verir ki, "Daşkəsən Dəmir Filiz" “AZERİ MİNİNG GROUP" MMC ilə müvafiq müqavilə bağlayıb.
Müqavilənin dəyəri – 118 milyon 948 min 92.48 manatdır (cari məzənnə ilə təxminən $70 milyon).
Xəbər verildiyi kimi, 2022-ci ilin sonunda “AzerGold” Daşkəsəndə dəmir filizi yataqlar kompleksində açıq karxana üsulu ilə dəmir filizi konsentratının istehsalına başlamağı planlaşdırır. 2024-cü ildə şirkət dəmir filizi xammalı DRI (brbaşa azaldılmış dəmir) istehsalına başlamağı planlaşdırır.
“AzəerGold” 2035-ci ilədək Daşkəsən filiz yataqlarının istifadəyə verilməsi hesabına şirkətə 4,9 milyarad manat məbləğində gəlir gətirəcəyini gözləyir ($2,9 milyard – İF).
Cəmiyyətin qiymətlədirmələrinə görə, Daşkəsən filiz yataqlarının istifadəyə verilməsi hesabına Azərbaycanda ÜDM-in 6,8 milyard manat səviyyəsində artacaq. Bu dövr üçün “AzerGold”un layihə çərçivəsində dövlət büdcəsinə vergi və sosial ödənişləri 556 milyon manat təşkil edəcək. Proqnozlara əsasən, həmin layihələrin reallaşdırılmasında birbaşa və dolayısı iş yerlərinin sayı (multiplikator əmsalı nəzərə alınmaqla) 3,3 min nəfərə qədər artacaq.
Şirkət Daşkəsən filiz layihəsi hesabına ölkənin metallurgiya məhsullarının idxalından (illik orta hesabla 1,7 milyard manat təşkil edir) asılılığını azaltmağı və metallurgiya məhsullarının ixracatçısına çevrilməyi ümid edir.
Cəmiyyətdə hesab edirlər ki, Daşkəsən dəmir filizi yatağının işlənməsi həmçinin Azərbaycanda polad məmulatlarının buraxılmasına imkan verəcək, bunun üçün yüksək keyfiyyətli xammal tələb olunur və bu məqsədlə metal tullantılarından istifadə mümkün deyilr.
“Daşkəsən” dəmir filizi yatağı 1954-cü ildən 1994-cü ilədək fasiləsiz istismar edilib. 350 milyon ton filiz həcmində hesablanan yataq ehtiyatlarının 92 milyon tonu məhz bu illər ərzində hasil edilib. 1994-cü ildən 1997-ci ilədək yataqda istismar işləri müəyyən fasilələrlə qismən aparılıb.
“Daşkəsən” dəmir filizi sahəsində 6 yataq mövcuddur: “Şimal-şərq”, “Şimal-qərb”, “Cənub-şərq”, “Cənub-qərb”, “Dəmirov”, “Dardərə”.
2020-ci il avqust ayının 6-da prezident İlham Əliyev “Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət