BP şirkəti Abşeron yarımadasının dayazsulu hissəsi (Shallow Water Absheron Peninsula, SWAP) layihəsi çərşivəsində üçüncü kəşfiyyat quyusunun qazılmasına başlayıb.
“Aprelin 3-də Xəzərin Azərbaycan sektorunda Abşeron yarımadasının dayazsulu hissəsində üçüncü kəşfiyyat quyusunun qazılmasına başlanılıb. Qazma işləri “Satti” özüqalxan qazma qurğusu vasitəsilə həyata keçirilir”, - şirkətin məlumatında deyilir.
Qazma işləri müqavilə sahəsinin cənub-qərb perspektiv hissəsində aparılır.
“QBDX01 SWAP layihəsi üzrə kəşfiyyat dövrü ərzində qazılacaq sonuncu quyudur. Bu quyunun qazma əməliyyatlarıtəxminən 3 ay davam edəcək. Quyunun dərinliyi 2155 metr təşkil edəcək. QBDX01 kəşfiyyat quyusu sahildən 7 km aralı suyun dərinliyi təqribən 6 metrə çatan ərazidə qazılır”, - “BP-Azerbaijan”ın məlumatında deyilir.
Məlumata əsasən, bundan sonra əgər kollektor haqqında əlavə məlumat toplamaq üçün qiymətləndirmə yan lüləsi qazmaq lazım gələrsə, qazma işləri əlavə bir ay da davam edə bilər.
O cümlədən, şirkətdən bildirilib ki, müqavilə sahəsinin qərb perspektiv hissəsində ikinci kəşfiyyat quyusunun qazma işləri mart ayının ortalarında başa çatıb. Quyunun dərinliyi 4230 metr təşkil edib. “Qazma işlərinin yekunları üzrə quyuda iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatları aşkarlanmayıb”, - şirkətdən qeyd ediblər.
Xəbər verildiyi kimi, BP qazma işlərinin nəticələri üzrə bu blokda neft ehtiyatları aşkar etməyi ümid edir.
Müqavilə sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır. Dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üçün HPBS BP və SOCAR arasında 2014-cü ilin dekabr ayında imzalanıb.
2016-cı ildə müqavilə sahəsində 3D seysmik tədqiqat proqramı həyata keçirilib. Müqavilə sahəsindən əldə edilmiş 3D məlumatların emalı və interpretasiyası tamamlandıqdan sonra 2017-ci ildə BP tərəfindən SOCAR-a üç perspektiv sahə ilə (Şimal Xali, Bibiheybət Şərq və Qarabatdaq) əlaqədar Perspektivlik haqqında Bildiriş təqdim edilib.
2021-ci ilin avqust ayında Şimal Xali perspektiv sahəsində ilk kəşfiyyat quyusunun qazılmasına başlanılıb. 2021-ci ilin noyabr ayının sonunadək ikinci quyuda, 2022-ci ildə isə üçüncü quyuda qazma işlərinə başlanılması planlaşdırılır.
Layihənin iştirakçıları: BP (layihənin operatoru) – 25%, “Lukoil” – 25%, SOCAR – 50%. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət