“Məişət Maye Qaz” QSC (MMQ) 2021-ci ildə xalis mənfəətini 11,5% - 2 milyon 408,085 min manata qədər azaldıb.
Bu barədə cəmiyyətin 2021-ci ilin yekunlarına dair illik hesabatında deyilir.
Hesabata əsasən, ötən il şirkətin gəlirləri 29 milyon 518,47 min manat (artım 17,3%), əməliyyat mənfəəti 26 milyon 508,363 min manat (artım 21,8%), vergi ödənilənədək mənfəəti 3 milyon 10,106 min manat (azalma 11,5%), mənfəət vergisi 602 min 21,35 manat (azalma 11,5%) təşkil edib.
2021-ci ildə MMQ-nin əməliyyat xərcləri 26 milyon 508,363 min manat (artım 21,8%), o cümlədən istifadə edilən maddi resurslar 77,575 min manat, işçi heyətinə çəkilən xərclər 4 milyon 788,868 min manat, amortizasiya xərcləri 1 milyon 987,754 min manat, sair əməliyyat xərcləri 19 milyon 654,165 min manat təşkil edib.
2021-ci ilin sonuna cəmiyyətin aktivləri 24 milyon 154,862 min manat (artım 4,1%) təşkil edib. Bununla yanaşı, şirkətin qısamüddətli aktivləri 6 milyon 513,197 min manat, uzunmüddətli aktivləri 17 milyon 641,664 min manat təşkil edir.
2022-ci ilin əvvəlinə MMQ-nin kapitalı 8 milyon 155,299 min manata (artım 20,2%), öhdəlikləri 15 milyon 999,562 min manata (azalma 2,5%) bərabərdir.
“Məişət Maye Qaz” QSC 1999-cu ilin fevral ayından fəaliyyətə başlayıb və ölkə ərazisində maye qazın nəql edilməsi və bölüşdürülməsi, o cümlədən qazdoldurma stansiyaları vasitəsilə əhaliyə və sənaye müəssisələrinə satışının təşkili sahəsində aparıcı şirkətdir. Nizamnamə kapitalı 3 milyon 110,52 min manatdır.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət