Cavid Quliyev “PAŞA Bank” ASC-nin İdarə Heyəti sədrinin səlahiyyətlərini icra edən şəxs vəzifəsinə təyin edilib. Quliyev bankın Idarə Heyətinin sədr müavini postunu tutur.
Xəbər verildiyi kimi, Taleh Kazımov Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü təyin ediləndən sonra "PAŞA Bank"ın İdarə Heyətinin sədri postu vakant qalıb.
“Hazırda “PAŞA Bank»ın İdarə Heyəti sədrinin səlahiyyətlərini icra edən şəxs vəzifəsinə Bankın Idarə Heyətinin sədr müavini Cavid Quliyev təyin edilib. Yaxın zamanlarda İdarə Heyətinin tam tərkibdə təşkili həyata keçiriləcək və İdarə Heyətinin sədri vəzifəsinə təyinat baş tutacaq”, - bankın məlumatında qeyd olunur.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın üçüncü aparıcı bankıdır. Bankın səhmdarları 2 hüquqi (“PAŞA Holdinq” - 56,82%, "Ador" MMC - 28,18%) və bir fiziki şəxsdir (Arif Paşayev – 15%). Bank “PAŞA Holdinq”in strukturuna daxildir.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət