2023-cü ildə Serbiya ilə Bolqarıstan arasında interkonnektorun (Bulgaria-Serbia Interconnector Gas Pipeline, IBS) istifadəyə verilməsi Serbiya rəhbıərliyinə Yunanıstandan maye qaz və Azərbaycandan təbii qaz hesabına Rusiya qazından asılılığı azaltmağa imkan verəcək. Bu barədə Serbiya baş nazirininmüavini, energetika və mədən sənayesinaziri ZoranaMixayloviç bəyan edib.
“Serbiya hələ də bir təchizatçıdan asılıdır. Bizim iki qaz marşrutumuz var (Macarıstan və Bolqarıstandan keçməklə), ancaq biz Rusiyadan asılıyıq. Gələn il hazır olacaq Bolqarıstanla interkonnektorumuz (Niş-Dimitrovqrad birləşdirici qaz kəməri ) danışıqlar aparmağa və gələn ilin sentyabr ayından etibarən Yunanıstandan LNG almağa, Azərbaycandan qaz ilə birləşməyə imkan verəcək, bununla da asılılığımız azalacaq”, - Rusiya mətbuatı Mixayloviçin sözlərindən sitat gətirir.
Həmçinin, o qeyd edib ki, qazın qiymətinin nə qədər olacağı barədə məlumatı yoxdur, lakin dəqiqdir ki, əvvəlki kimi olmayacaq.
Öncə Azərbaycan energetika naziri Pərviz Şahbazov məlumat verib ki, Serbiya 2023-cü ildə Cənubi Qaz Dəhlizi ilə nəql olunan Azərbaycan qazı almağı ümid edir.Bu məsələ 2022-ci ilin fevral ayında Şahbazov ilə Serbiyanın energetika və mədənçilik sənayesi nazirinin köməkçisi Raşa Koyçiç arasında görüş zamanı müzakirə olunub.
Bolqarıstan-Serbiya qaz kəməri layihəsi (Bulgaria-Serbia Interconnector Gas Pipeline, IBS) Aİ tərəfindən Ümumi maraqlar Layihəsi (PCI) kimi dəstəklənir. Uzunluıu – 170 km, həmçinin Serbiya hissəsi – 108 km, Bolqarıstanda – 62 km-dir.
IBS vasitəsilə Bolqarıstandandan keçməklə Serbiyaya CQD-dən qaz (bu dəhliz vasitəsilə Azərbaycan qazı Avropaya nəql olunur), həmçinin təkrar qazlaşdırmadan sonra Yunanıstandan Aleksandrupolis terminalından maye təbii qaz daxil olacaq.
Ötürmə gücü – illik 1,8 milyard kubmetrdən çoxdur, 4 milyard kubmetrədək genişləndirilmə imkanı mövcuddur.
Bolqarıstan və Serbiya 2018-ci ilin may ayında Aİ-Qərbi Balkanlar sammiti zamanı IBS qaz kəmərinin tikintisi barədə bəyannamə imzalayıb.
Həmin vaxt yeni qaz kəmərinin 2022-ci ilin may ayından gec olmayaraq istifadəyə verilməsi planlaşdırılırdı. 2021-ci ilin yanvar ayında Serbiyanın energetika naziri Zoran Mihayloviç bəyan edib ki, Serbiya hissəsinin tikintisinə 2021-ci ilin yayında başlamaq, 2023-cü ilin əvvəlinə qədər sona çatdırmaq planlaşdırılır.
Serbiya üçün layihənin dəyəri 89 milyon avroya başa gələcək, bundan 49,6 milyon avro Aİ-nin dotasiyasıdır.
Azərbaycan qazının TAP kəməri Avropaya ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.
Birinci il ərzində TAP qaz kəməri ilə Avropaya 8,1 milyard kubmetr Azərbaycan qazı ixrac edilib.2022-ci ildə TAP ilə Avropaya qaz nəqlinin həcmi 10 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır. Azərbaycan tələb və müqavilələr olduğu hald Avropaya qaz nəqlini artırmağa hazır olduğunu bəyan edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət