Veysəloğlu Şirkətlər Qrupu 2022-ci ildə 11 min kvadratmetr ərazini əhatə edən sahəyə malik yeni logistika mərkəzini istifadəyə verməyi planlaşdırır, layihəyə 25 milyon manat ($14,7 milyon) yatırılacaq.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “AVT Logistika” MMC-yə məxsus təzə və dondurulmuş logistika mərkəzindən 5 min mağazaya xidmət göstəriləcək”, - deyə Qrupdan “İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər.
“Araz” supermarketlər şəbəkəsi, “Oba” marketlər şəbəkəsi və “Veysəloğlu Distribusiya” şirkəti vasitəsilə müştərilərə təqdim olunan məhsulların təzəliyinin qorunması məqsədilə soyuq anbarın tikilməsinə ehtiyac yarandı. Yeni logistika mərkəzində dondurulmuş, təzə ət və süd məhsullarını, həmçinin meyvə və tərəvəzi ən yüksək keyfiyyətlə saxlamaq mümkün olacaq.
Məhsulların mükəmməl şəraitdə çatdırılmasına və yollarda kilometri azaltmağa xidmət edəcək 35 ədəd ikili temperaturu olan yük avtomobillərinin alınması üçün də investisiya yatırımı edilib.
“Yeni mərkəzin açılışı ilə daha 600 nəfər üçün iş imkanı yaradılacaq”, - deyə məlumatda qeyd olunur.
Veysəloğlu Şirkətlər Qrupu 1994-cü ildə fəaliyyətə başlayıb və qida məhsullarının distribusiyası və pərakəndə satışı üzrə aparıcı mövqeyə malikdir. Qrup, həmçinin qida məhsullarının istehsalını da həyata keçirir. Araz supermarketlər şəbəkəsi və Oba marketlər şəbəkəsi Veysəloğlu Şirkətlər Qrupuna daxildir.
2017-ci ildə “AVT Logistika” MMC-nin əsası qoyulub. Şirkət 48 min kv.metrdən artıq qapalı anbarı, 500-dən artıq yük nəqliyyat vasitəsi ilə məhsul çatdırılmasını təmin edir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət