2021-ci ilin I yarısının yekunları üzrə SOCAR-ın gəlirləri 35 milyard 794 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin yanvar-iyun aylarının göstəricisindən 38,1% çoxdur.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu məlumatlar şirkətin 2021-ci ilin I yarısı üzrə birləşdirilmiş maliyyə hesabatlarında öz əksini tapıb.
2021-ci ilin I yarısında SOCAR-ın xalis mənfəəti 603 milyon manat (2020-ci il iyunun 30-na 180 milyon manat məbləğində xalis zərərə qarşı) təşkil edib.
Hesabat dövründə şirkətin satışlarının maya dəyəri 31 milyard 793 milyon manat (artım 36,3%) təşkil edib.
I yarımillikdə SOCAR əməliyyat fəaliyyətindən 1 milyard 905 milyon manat (artım 1,9 dəfə) mənfəət əldə edib. 2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinə mənfəət vergisi üzrə ayırmalar 535 milyon manat (artım 2,1 dəfə) təşkil edib.
Bu dövrdə SOCAR-ın aktivləri 0,8% - 64 milyard 669 milyon manata qədər artıb. Bununla yanaşı, şirkətin uzunmüddətli aktivləri 1,3% - 45 milyard 323 milyon manata qədər azalıb, qısamüddətli aktivləri 6% - 19 milyard 346 milyon manata qədər artıb.
I yarımillikdə SOCAR-ın kapitalı 0,3% - 21 milyard 991 milyon manata qədər artıb. Şirkətin nizamnamə kapitalı 4 milyard 748 milyon manata (artım 1,1%) bərabərdir.
2021-ci ilin I yarısında şirkətin öhdəlikləri 1,1% - 42 milyard 678 milyon manata qədər artıb. 2021-ci il iyunun 30-na SOCAR-ın uzunmüddətli öhdəlikləri 21 milyard 171 milyon manat (azalma 2%), cari öhdəlikləri 21 milyard 507 milyon manat (artım 4,2%) təşkil edir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət