Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin birinci rübündə bankların müştərilərinin sayında, həmçinin dövriyyədə olan ödəniş kartlarının sayında artım qeyd edir.
“İnterfaks-Azərbaycan”a AMB-dən məlumat verilib ki, 31 mart 2022-ci il tarixinə bankların müştərilərinin ümumi sayı 12 milyon 818,205 min (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 5,2%) təşkil edir. Həmçinin, martda bankların müştərilərinin sayı fevral ilə müqayisədə 1,4% və ya 188,936 min artıb.
31 mart 2022-ci il tarixinə fiziki şəxslər arasında bankların müştərilərinin sayı 12 milyon 694,097 min (rüb ərzində artım 5,2%), mart ayı ərzində bankın müştəriləri olan fiziki şəxslərin sayı 188,052 min və ya 1,5% artıb. Bnakın müştəriləri olan fiziki şəxslər arasında 537,742 mini fərdi sahibkardır (rüb ərzində artım 6,5%, martda artım – 8,857 min).
Bankların müştəriləri olan hüquqi şəxslərin sayı 124,108 min təşkil edir (rüb ərzində artım 1,8%, martda artım - 884).
AMB-nin məlumatına əsasən, martın 31-nə banklarda müştəri hesablarının sayı 28 milyon 116,027 min (rüb ərzində artım 5,7%, martda artım – 527,551 min) təşkil edir. Bunun 23 milyon 241,842 mini – cari hesablar (rüb ərzində artım 5,5%, martda – 401,366 min), 4 milyon 609,258 mini – kredit hesabları (rüb ərzində artım 7,2%, martda – 124,222 min), 264,927 mini – depozit hesabları (rüb ərzində artım 3,2%, martda – 8,124 min) təşkil edib.
Ümumilikdı, martın 31-nə cari hesabların strukturunda 22 milyon 972,627 mini fiziki şəxslər tərəfindən (rüb ərzində artım 5,5%, martda – 398,904 min), 269,215 mini – hüquqi şəxslər tərəfindən (rüb ərzində artım 2,1%, martda – 2,462 min) açılıb.
202ci ilin birinci rübündə bankların müştərilərinin sayı 5,9%, müştəri hesablarının sayı – 5% artıb.
AMB-nin məlumatına görə, 2022-ci il martın 31-nə Azərbaycanda olan ödəniş kartlarının sayı 11,771 milyon ədəd təşkil edir, bu da 2021-ci ilin sonuna olan göstəricidən 6,6% çoxdur. Martda dövriyyədə olan ödəniş kartlarının sayı 243 min ədəd artıb.
Sosial kartların sayı 3,523 milyon ədəd (rüb ərzində artım 1,6%), iş kartlarının sayı – 2,623 milyon (artım 1,2%), kredit kartlarının sayı – 1,5 milyon (artım 7,5%), digər kartların sayı – 4,125 milyon (rüb ərzində artım 15%, martda – 127 min ədəd) təşkil edir. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət