“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkəti mayın 6-dan başlayaraq Naxçıvandan Gəncəyə və əks istiqamətə reyslər açır.
“Naxçıvan-Gəncə-Naxçıvan istiqamətində uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək”, - aviaşirkətdən məlumat verilir.
Baqaj (23 kiloqrama qədər) və əl yükü (10 kiloqrama qədər) daxil olmaqla aviabiletin bir tərəfə qiyməti 60 manat təşkil edəcək.
Bu istiqamət üzrə biletlər yaxın günlərdə aviaşirkətin “www.azal.az” rəsmi saytında təqdim olunacaq.
Naxçıvan-Gəncə-Naxçıvan marşrutu üzrə reyslərə aviabiletləri, həmçinin AZAL aviaşirkətinin Bakı, Naxçıvan və Sumqayıt şəhərlərindəki satış ofislərində əldə etmək mümkündür.
Aviaşirkətdən bildirilir ki, Naxçıvandan Gəncəyə və geriyə uçuşların yerinə yetirilməsinə başlanılması ilə əlaqədar olaraq, mayın 6-dan çərşənbə axşamı və cümə günləri Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reyslər təşkil olunacaq. **
N.Abbasova
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət