Avropa İttifaqı (Aİ) Azərbaycanla enerji və ticarət sahəsində əməkdaşlığın genişlənməsində maraqlıdır. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.
“Cənub Qaz Dəhlizi çox mühüm birgə layihədir. Enerji sahəsində əməkdaşlıq daha da genişlənməlidir. Aİ bunda maraqlıdır”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Səfirin sözlərinə görə, Aİ Azərbaycanla ticarət sahəsində əməkdaşlığın genişlənməsində maraqlıdır. “Aİ bazarı Azərbaycan üçün əsas bazar olaraq qalır. Azərbaycan ixracının 51%-i Avropa bazarına gedir. 2021-ci ilin göstəricilərinə görə, artıq ticarət dövriyyəsi pandemiyadan əvvəlki səviyyəyə çatıb. Biz Azərbaycanla ticarət sahəsində əməkdaşlığı genişləndirmək istəyirik ki, Avropa bazarlarına daha çox Azərbaycan məhsulları daxil olsun və ümid edirik ki, yeni saziş buna imkan yaradacaq”, - deyə P.Mixalko əlavə edib.*
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət