2022-ci ilin yanvar-aprel aylarında SOCAR şirkəti beynəlxalq bazarlarda 2,01 milyard kubmetr maye qaz (LNG) satıb.
“Yanvar-apreldə SOCAR şirkəti tərəfindən LNG-nin ticarət həcmi 2,10 milyard kubmetr təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 33% çoxdur”, - SOCAR-ın Teleqram kanalında məlumat verilir.
SOCAR-ın məlumaına görə, 4 ay ərzində üçüncü ölkələrin neft və neft məhsullarının ticarətinin həcmi 14,65 milyon tona yaxın təşkil edib.
“Hazırda şirkət dünyanın 40 ölkəsində 100-dən artıq məntəqəyə “Azeri Light” markalı Azərbaycan nefti tədarük edir, həmçinin uğurla üçüncü ölkələrin neft və neft məhsullarının ticarəti ilə məşğul olur. Yanvar-aprel aylarında üçüncü ölkələrin neft ticarətinin həcmi 13,341 milyon ton, neft məhsullarının ticarəti – 1,306 milyon ton təşkil edib”, - məlumatda deyilir.
Xəbər verildiyi kimi, beynəlxalq bazarlarda neft, neft məhsulları və qaz satışı üzrə əməliyyatlarla SOCAR-ın ticarət törəmə şirkəti – “SOCAR Trading SA” məşğul olur. Şirkət 2007-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. “SOCAR Trading SA” şirkətinin mənzil-qərargahı Cenevrədə (İsveçrə) yerləşir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət