2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 9 milyon 481 min 168,95 ton neft ixrac edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 11,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan $6 milyard 544 milyon 674,13 min dəyərində (artım 50,3%) neft ixrac edilib.
2022-ci ilin yanvar-aprel aylarında ixracın ümumi strukturunda neftin payı 55,35% (2021-ci ilin müvafiq dövründə 68,4%) təşkil edib.
Hesabat dövründə 21 ölkə Azərbaycan neftinin alıcısı olub. DGK-nın məlumatına görə, onların arasında İtaliya Azərbaycan neftinin əsas alıcısı olaraq qalıb. 2022-ci ilin yanvar-aprel aylarında neft ixracının 46,1%-i bu ölkənin payına düşüb.
Alıcıların ilk üçlüyünə İtaliya ilə yanaşı, Portuqaliya və İsrail də daxil olub.
Bütövlükdə, Azərbaycan nefti əsasən Avropa ölkələrinə ixrac edilsə də, Tailand, Tunis və Hindistan da daimi alıcılar olaraq qalır. Xorvatiya və Vyetnam yenidən Azərbaycandan neft almağa başlayıb. 2021-ci ildə Azərbaycan neftinin fəal alıcıları olmuş Çin, Fransa, Kanada, İndoneziya və bir sıra digər ölkələr isə alıcılar sırasında yer almır. Yanvar-aprel aylarında Rusiya və Gürcüstana da az həcmdə neft ixrac edilib.
2022-ci ilin 4 ayı ərzində əsas alıcı ölkələr üzrə neft ixracının strukturu:
Ölkələr |
Həcm (ton) |
Gəlir, min ABŞ dolları |
İtaliya |
4 373725,39 |
3 041983,26 |
İsrail |
790540,03 |
539175,90 |
Portuqaliya |
573651,07 |
400522,39 |
Böyük Britaniya |
523579,49 |
391081,27 |
Hindistan |
406773,55 |
316138,80 |
Ukrayna |
506 349,30 |
304 515,94 |
İspaniya |
385525,62 |
265458,72 |
Tailand |
368 473,28 |
231 496,55 |
Almaniya |
260821,28 |
181814,73 |
Tunis |
247323,01 |
174928,03 |
Vyetnam |
137774,98 |
117729,67 |
Rumıniya |
170203,55 |
103202,37 |
Çexiya |
163 459,94 |
89 192,64 |
Xorvatiya |
90841,14 |
78130,53 |
İsveçrə |
89505,43 |
76076,74 |
Türkiyə |
136436,38 |
69611,97 |
Belarus |
84 893,31 |
57 590,07 |
Avstriya |
82 901,03 |
55 781,16 |
İrlandiya |
88 077,58 |
50 060,05 |
Rusiya |
311,9 |
181,88 |
Gürcüstan |
1,70 |
1,44 |
N.Abbasova*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət