2022-ci ilin yekunları üzrə “ADY Container” MMC (“Azərbaycan Dəmir Yolları” QSC-nin törəməsi) Orta Dəhliz ilə (“Middle Corridor” və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yük daşımalarının həcminin 2021-ci illə müqayisədə üç dəfə artırılmasını gözləyir. Bu barədə “ADY Container”in baş direktoru Natiq Cəfərov bəyan edib.
“Cari ilin yanvar-aprel ayları ərzində Orta Dəhliz ilə 9 minə yaxın TEU konteyner (8696 - İF) daşınıb. Bu, ötən ilin analoji dövründən 30% çoxdur. Qeyd etmək lazımdır ki, 30 faizlik artım real artımdır və geosiyasi vəziyyətin dəyişməsi ilə bağölı daxil olan sifarişləri, Çin-Avropa perspektiv daşımalar həcmini əks etdirmir. Bu il biz artıq 1 min qatarı daşıması ilə bağlı sifariş almışıq və 2021-ci illə müqayisədə cari ilin sonua 3 və daha çox artım gözləyirik”, - Cəfərov «RailFreight.com» saytına müsahibəsində bildirib.
“İnterfaks-Azərbaycan” agentliyi açıq mənbələrə istinadən məlumat verir ki, 2021-ci ildə TBNM marşrutu üzrə daşımaların həcmi 586,2 min ton, konteynerlərin daşınması 25 270 TEU olub.
“Qısamüddətli inkişafa gəlincə, hər birimiz geosiyasi vəziyətləəlaqədar Avrasiya regionunda geoiqtisadi ssenariərin dəyişikliyi və logistika landşaftı barədə məlumatlıyıq. Qazaxıstanlı tərəfdaşlarımızın Orta Dəhliz ilə yükdaşımaların gözlənilən çoxdəfəli artımı ilə balı rəyini bölüşürük. “Qazaxıstan Dəmir Yolları”nın məlumatına görə, konteyer daşımaları üzrə artım 50 min TEU təşkil edəcək. Fikrimcə, əgər müsbət dinamikanı nəzərə alsaq, qazaxıstanlı tərəfdaşlarımızı sələndirdikləri rəqəmlər tam realdır”, - Cəfərov qeyd edib.
O, həmçinin məlumat verib ki, Orta Dəhlizin inkişafı üçün, xüsusilə marşrutun Xəzər dənizindən keçən hissəsində nəqliyyat bəndin güclənməsi məqsədilə limanlar arasında hərəkət edən fider gəmilərin sayı artırılıb. Həmçinin, bu istiqamətdə iş davam etdiriləcək.
“Yüklərin həcmi artırıldıqca, biz əlavə gəmilər cəlb etməyi planlaşdırırıq. Azərbaycandan kənarda yeni servis istifadəyə vermişik – fider gəmir Gürcüstanın Poti və Batumi və Rumıniyanın Konstantsa limanları arasında hərəkət edir. Mayın 24-də 220 TEU tutumlu ilk fider gəmi Potidən Konstantsa limanına yola düşüb və müntəzəm olaraq fəaliyyət göstərəcək. Həcmin artırılması halında biz daha çox sayda fider gəmi cəlb etməyə hazırıq”, - o deyib.
Eyni zamanda, Cəfərovun sözlərinə görə, Orta Dəhliz ilə yüklərin həcminin kəskin artımı ilə əlaqədar limanlarda konteynerlərin vaxtında boşaldılıb yüklənməsi ilə bağlı problemlər meydana gəlir və vaqon platformalarının çatışmazlığı müşahisdə edilir.
“Azərbaycan-Gürcüstan keçidində vaqon platformalarının sayının artırılması ilə əlaqədar tərəfdaşlarla danışıqlar aparırıq. Biz artıq 108 vaqon platformasıı icarəyə götürmüşük və 2022-ci il ərzində daha 300 vaqon platforması almağı planlaşdırırıq”, - Cəfərov bildirib.
O, həmçinin məlumat verib ki, “ADY Container” Avstriyanın “TE Bahnoperator” şirkəti ilə birgə Çin-Avropa marşrutu ilə yükdaşımalarını bərpa etəyi planlaşdırır.
“Biz bu şirklətlə Şinin Kaşkar vilayətindən Avropaya yeni marşrut ilə sınaq qatarınıln hərəkətini müzakirə etmişik. Həmin marşrut Qırğızıstan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən Avropaya uzanır”, - Cəfərov bəyan edib.
TBNM Xəzər regionu dövlətlərinin tranzit potensialının artırılması və inkişafı məqsədilə təşəbbüs olunan layihədir. Bu marşrut Çindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə Avropaya uzanır. Layihənin reallaşdırılmasına 2013-cü ildə başlanılıb. Çində Avropaya yük daşınmasını vaxtını 3 dəfə azaltmağa imkan verən dəhlizin hissəsi istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yoludur. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət