Britaniyanın BP şirkəti enerji sektorunun karbonsuzlaşdırılması üzrə Baş Planı Energetika Nazirliyinə təqdim edib. Bunu BP-nin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
“BP şirkəti tərəfindən Azərbaycan üçün karbonsuzlaşdırma üzrə Baş Planın hazırlanması ölkənin Energetika Nazirliyi ilə imzalanmış Memorandumda nəzərdə tutulmuşdu. Bu memorandum bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığa yönəlib. Biz Baş Planın hazırlanması üzrə öhdəliyimizi yerinə yetirmişik və sənəd ötən həftə, mayın 26-da Energetika Nazirliyinə təqdim edilib”, - deyə Aslanbəyli bu gün jurnalistlərə bildirib.
O əlavə edib ki, bu, Azərbaycanın enerji sektorunda karbonlaşdırma məsələlərini və bərpa olunan enerji mənbələrinin inkişaf planını əhatə edən tövsiyə sənədidir.
Xatırladaq ki, 2021-ci ilin 22 fevral tarixində Energetika Nazirliyi və BP şirkəti arasında iri miqyasda karbonsuzlaşdırılmış və inteqrasiya edilmiş enerji, nəqliyyat sistemləri, o cümlədən Azərbaycanın regionlarında və şəhərlərində bərpa olunan enerji layihələri üçün tələb olunan potensialın və şəraitin qiymətləndirilməsi üzrə əməkdaşlıq etmək məqsədilə Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, fəaliyyətin həyata keçirilməsi məqsədilə Rəhbər Komitə və İşçi Qrupuun yaradılması, Azərbaycanın müvafiq region və ya şəhərləri üçün karbonsuzlaşdırma üzrə Baş Planın hazırlanması nəzərdə tutulur.
Baş Plan təmiz enerji layihələri, az karbonlu nəqliyyat, yaşıl binalar, tullantıların idarə olunması, təmiz sənaye, təbii iqlim həlləri, inteqrasiyalı tərəfdaşlıqlar, həmçinin inteqrasiyalı və karbonsuzlaşdırılmış enerji və nəqliyyat sistemlərinin hazırlanması istiqamətlərini əhatə edəcək.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət