Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də Serbiya baş nazirinin müavini, mədən və energetika naziri Zorana Mixayloviçi qəbul edib.
“Görüşdə ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, energetika, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələlərinə toxunulub”, - deyə dövlət başçısının saytında dərc olunmuş məlumatda bildirilir.
Öz növbəsində, Serbiyanın Mədən və Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələr, o cümlədən energetika sahəsində əməkdaşlıq müzakirə olunub.
Görüş zamanı Mixayloviç bildirib ki, iki ölkə arasında mövcud olan gözəl münasibətlər iqtisadi əlaqələri yaxşılaşdırmağa imkan verir. “Serbiya və Azərbaycan - iki dost ölkədir. Biz suverenliyimizi və ərazi bütövlüyümüzü dəstəklədiyinə görə Azərbaycana minnətdarıq, strateji tərəfdaşlığa əsaslanan gözəl ikitərəfli dostluq münasibətləri isə bizə iqtisadi əlaqələri, xüsusilə energetika sahəsində münasibətləri yaxşılaşdırmağa imkan verir”, - deyə o vurğulayıb.
Baş nazir müavininin sözlərinə görə, yüksək səviyyədə olan siyasi münasibətlər iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün perspektiv yaradır. O, Azərbaycan şirkətlərinin Serbiyanın nəqliyyat infrastrukturu sahəsində fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Öz növbəsində, Əliyev Mixayloviçin səfərinin münasibətlərin inkişafı üçün yaxşı təkan olduğunu deyib, Serbiyaya səfərə dəvətə görə təşəkkürünü bildirib. “Mən iki ölkəni daha da yaxınlaşdıracaq birgə layihələri səbirsizliklə gözləyirəm. Düşünürəm ki, tezliklə Prezident Vuçiçi ziyarət edəcəyəm”, - deyə dövlət başçısı əlavə edib.
Tərəflər enerji təhlükəsizliyi, taxıl təminatı ilə bağlı mövzulara da toxunublar. Enerji sahəsində əməkdaşlığın yaxşılaşdırılması üçün işçi qrupun formalaşdırılması qərara alınıb.
Mixayloviç bildirib ki, Azərbaycanın yol infrastrukturu sahəsində əməkdaşlığı onun səviyyəsini yüksəltməyə kömək edib. Belqrad enerji təhlükəsizliyi məsələsində Bakıya arxalanır.
“Biz xüsusilə energetika sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindəyik, bu sahədə əməkdaşlıq memorandumu bizə çox kömək edəcək. Cənub Qaz Dəhlizi üzrə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Serbiya Serbiya-Bolqarıstan qaz kəmərinin tikintisinə başlayıb və işlər gələn il başa çatacaq. Biz hesab edirik ki, Azərbaycanla, ilk növbədə, təbii qaz marşrutlarının şaxələndirilməsi hesabına enerji sahəsində daha intensiv əməkdaşlıq Serbiya və regionun enerji təhlükəsizliyinin artırılmasına əhəmiyyətli dərəcədə kömək edə bilər”, - deyə o bildirib.*
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət