Energetika naziri Pərviz Şahbazov bildirib ki, 2022-ci ildə İtaliyaya 9,5 milyard kubmetr qaz ixrac olunacaq.
“Bakı Enerji Həftəsi” çərçivəsində İtaliyanın ekoloji keçid məsələləri üzrə nazir müavini Vannia Qava ilə görüşdə P.Şahbazov ilin sonuna İtaliyaya qısa və uzunmüddətli müqavilələr üzrə qaz ixracının 9,5 milyard kubmetr proqnozlaşdırıldığını, TAP-ın ötürücülük gücünün artırılması hesabına isə təkcə İtaliya deyil, Avropanın digər ölkələrinin də daha çox təbii qazla təchizatının mümkün ola biləcəyini qeyd edib.
Energetika Nazirliyinin məlumatına görə, görüş zamanı bərpa olunan enerji sahəsində İtaliya şirkətləri ilə əməkdaşlıq, həmçinin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinə dəstəklə bağlı da fikir mübadiləsi aparılıb.
2021-ci ildə İtaliyaya 7 milyard kubmetrə yaxın Azərbaycan qazı ixrac edilib.
Azərbaycan qazının Cənub Qaz Dəhlizinin (CQD) sonuncu komponenti olan TAP ilə Avropaya ixracına 2020-ci ilin dekabr ayının sonunda başlanılıb.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir.
Layihənin səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.
Layihənin dəyəri 4,5 milyard avrodur. TAP-ın təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanda keçirilib.*
R.Kərimov
Bayramov Brüsseldə “Şərq tərəfdaşlığı” xarici işlər nazirlərinin görüşündə iştirak edəcək
Gürcüstan parlamentinin spikeri Azərbaycana rəsmi səfərə gəlib
Nazirlər Kabineti 2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərini müəyyən edib
Azərbaycanın qərbində avtomobil yolunun əsaslı təmiri üçün AAYDA-ya 2 milyon manat ayrılacaq
Xarici investor ilk dəfə Naxçıvanın səhiyyə sisteminə 5 milyon manat sərmayə qoyub
Naxçıvanda yeni fiber-optik magistral şəbəkənin yaradılmasına 1,5 milyon manat yönəldiləcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakcell dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu!
CityNet-in əsas tərəfdaşlığı ilə GameSummit festivalı keçiriləcək
Bank Respublika “İkiqat Dəstək” mikro kredit kampaniyasına start verir!
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək