Azərbaycan və Belarus ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Hökumətlərarası Komissiyanın iclası videokonfrans formatında keçirlib.
“Azərbaycanda Belarus müəssisələrinin diler şəbəkəsi yaradılıb və daimi inkişaf edir. Gəncə Avtomobil Zavodu bazasında Belarus texnikasının birgə yığöım istehsalı fəaliyyət göstərir. Belarusda Azərbaycan kapitalının iştirakı ilə bir sıra investisiya layihələri reallaşdırılıb. Belarusda Azərbaycan Ticarət Evi uğurla fəaliyyət göstərir”, - Belarusun baş nazirin müavini İqor Petrişenko iclasda bildirib.
Onun sözlərinə görə, əməkdaşlıq potensialı “yüksək və genişdir”. “Bu, istehsalat kooperasiyasının genişlənməsi, maşınqayırma, nəqlyyat, ASK, taxta emalı, səhiyyə, təhsil və elm sahələrində qarşılıqlı fəaliyyətdir”, - o vurğulayıb.
“Gəncə Avtomobil Zavoduna traktorların yığılmamış formada təchizatını tam həcmdə təmin etmək, həmçinin üçüncü ölkələrin bazarlarına çıxış üzrə MTZ və QAZ arasında birgə layihənin iqtisadi və texniki aspektləri üzərində işləmək lazımdır. Həmçinin, Azərbaycan üçün “QOMSELMAŞ”ın taxılyığan kombaynın sınaqlarının sona çatdırılmasını təmin etmək lazımdır”, - Petrişenko bildirib.
O, həmçinin Gəncə Avtomobil Zavodunda müxtəlif şirkətlərin Belarus texnikasının istehsalının lokallaşdırılması üzrə praktiki məsələlərin həllinin, o cümlədən birgə elektrik nəqliyyat istehsalının təşkilinin zəruriliyini qeyd edib.
“Belarusun “Moqilevliftmaş” lift istehsalçısına Azərbaycanın şəhərlərində lift təsərrüfatının modernləşdirilməsi proqramlarında iştrakını əmin etmək tapşırılıb. Azərbaycan tərəfindən müvafiq maliyyənin operativ şəkildə ayrılmasına ümid edirik”, - o vurğulayıb.
Həmçinin, Petrişenko ərzaaq mallarının qarşılıqlı tədarükünün artırılması məsələsinə toxunub və süd məhsullarının istehsalı sahəsində birgə layihələri operativ şəkildə işləməyə çağırıb.
“Yaxın zamanda Azərbaycan ərazisndə baytarlıq preparatlarının birgə istehsalının yaradılması üzrə hazırlıq işlərini sona çatdırmalı və praktiki reallaşdırmağa başlamalıyıq”, - o əlavə edib.
O, həmçinin tikinti sahəsində qarşılıqlı fəaliyyəti aktivləşdrməyə çağırıb.
Öz növbəsində, Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov bəyan edib ki, ölkələr arasında əməkdaşlıq konstruktiv məcrada inkişaf edir. İki ölkənin liderlər arasında etimadın yüksək səviyyəsi buna dəlalət edir. “Ötən il Belarus prezdentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərə müsbət təsr edib. Bunun nəticəsi olaraq, ötən il ticarət dövriyyəsi 2 dəfə -$885,5 milyonadək artıb. Cari ilin may ayında Belarus baş nazirinin müavininin səfəri də səmərəli olub: $70 milyon dəyərində mühüm sənədlər paketi mzalanıb. Pandemiya və dünya ticarətinin azalmasına baxmayaraq, biz nəinki ticari-qtisadi dimanikanı qoruduq, həm də qarşılıqlı ticarətin həcmini artırdıq”, - o əlavə edib. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət