Rusiyanın “Severstal” şirkəti yaxın bir il ərzində MDB-nin neft-qaz bazarı üçün məhsul seqmentində öz iştirakını genişləndirməyə ümid edir. Bunu “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində “Severstal”ın energetika şirkətləri və infrastruktur layihələri ilə iş üzrə direktoru Dmitri Qoroşkov bildirib.
“Azərbaycan və bütövlükdə MDB şirkət üçün perspektivli regionlardan biridir. Xəzər regionunun yataqlarının təminatına aparıcı neft-qaz korporasiyalarının sərmayə qoyması və qaz-nəqliyyat sistemlərinin müasirləşdirilməsi sayəsində böyük diametrli borulara (BDB) dayanıqlı tələbat yaranır. MDB ölkələrinin bazarlarında neft-qaz sektoru üçün təkcə BDB-yə orta illik tələbat təxminən 500 min ton təşkil edir”, - deyə D.Qoroşkov qeyd edib.
Onun sözlərinə görə, “Severstal” menecmentinin Bakıya səfər proqramına (1-3 iyun tarixlərində neft-qaz sərgisində iştirak etmək üçün), ilk növbədə, Azərbaycanın ən iri beynəlxalq neft-qaz şirkəti olan SOCAR-ın nümayəndələri ilə görüş daxildir. Görüşdə cari layihələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq. O cümlədən neft-qaz sənayesi obyektlərinin tikintisi sahəsində fəaliyyət göstərən əsas podratçılarla görüşlərin keçirilməsi də planlaşdırılır.
“Biz SOCAR-la treyder vasitəsilə işləmişik. 2018-ci ildən 2020-ci ilədək neft buruqlarının tikintisi üçün riflənmiş təbəqə polad tədarük etmişik. Podratçıdan müsbət geridönüş almışıq. Onlar işin Həştərxan limanı vasitəsilə logistika sxemindən məmnun qalıb. Bizim məhsulu su nəqliyatı vasitəsilə göndərmək imkanına malik olmağımız müştəri üçün həm tədarük müddəti, həm də qiymət baxımından böyük üstünlükdür.
O vurğulayıb ki, hazırda “Severstal” Azərbaycanda hər hansı birgə istehsal gücləri ilə bağlı layihə planlaşdırmır.
Bununla yanaşı, direktorun fikrincə, Azərbaycan bazarında şirkətlərin mövqelərinin möhkəmlənməsi qonşu bazarlara çıxış imkanı yaradacaq. "Son bir neçə ildir Azərbaycan Xəzəryanı enerji bazarı üçün vacib klasterlərdən birinə çevrilir. Bu mənada bu ölkədə mövqelərimizin möhkəmlənməsinə gələcəkdə hansısa qonşu bazarlara çıxışı asanlaşdıracaq amil kimi baxmaq olar. Lakin konkret ölkələrdə planlardan danışmaq hələ tezdir, çünki bazarlar çoxlu sayda idarəolunmaz xarici amillərin təsiri altındadır”, - deyə D.Qoroşkov əlavə edib.
Dmitri Qoroşkovla müsahibənin tam mətni www.interfax.az saytında dərc olunub.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət