Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) 50 gün davam edən planlı təmir işlərindən sonra fəaliyyətini bərpa edib. Bunu jurnalistlərə açıqlamasında “SOCAR Downstream” şirkətinin direktor müavini Emil Alxaslı deyib.
“Təmir işləri proqramı aprelin 4-dən etibarən 50 gün davam edib və zavod mayın 27-də fəaliyyətini bərpa edib. Yeni qurğuların (“Avro-5” standartına uyğun dizel istehsalına başlamaq üçün) iyun-iyul aylarında istismara verilməsi planlaşdırılır”, - deyə o bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bundan əvvəl Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun fəaliyyəti təmir işlərinin aparılması üçün 2020-ci il avqustun 27-dən oktyabrın sonunadək dayandırılmışdı. Bu dövrdə zavodda AI-92 markalı avtomobil benzini istehsal edilməyib. Bu müddət ərzində dayandırılmış qurğularda da bir sıra işlər həyata keçirilib.
BNEZ-in fəaliyyətinin dayandırılması ilə əlaqədar Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal edilən AI-92 və AI-95 markalı avtomobil benzini 2022-ci il fevralın 1-dən iyunun 1-dək gömrük rüsumundan azad edilib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət