Energetika Nazirliyi Dünya Bankı (DB)və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birlikdə iyunun 3-də Bakı Enerji Forumu çərçivəsində dənizdə külək enerjisi üzrə Yol Xəritəsini təqdim edib.
“Azərbaycanda ilk dəfə hazırlanan dəniz külək enerjisi üzrə Yol Xəritəsi iki artım ssenarisini (yüksək və kiçik artım) nəzərdə tutur. Yol Xəritəsinin məqsədi dəniz külək enerjisinə dünyada artan maraq şəraitində bu yeni sənaye ilə bağlı normativlər, hüquqi çərçivə və infrastruktura dair qərarların verilməsinə yardım etməkdir”, - deyə DB-nin məlumatında bildirilir.
Kiçik artım ssenarisinə əsasən, Azərbaycanda dəniz külək energetikası mötədil templə inkişaf edərək, 2040-cı ilədək 1,5 giqavatt qoyuluş gücünə malik olacaq və dekarbonlaşdırılmış enerji istehsalının 7%-ni təmin edəcək. Yüksək artım ssenarisində daha iddialı artım templəri nəzərdə tutulur: 2040-cı ilədək dəniz külək energetikasının qoyuluş gücü 7,2 giqavatta çataraq ölkənin enerji təchizatının 37%-ni təmin edə bilər.
Yol Xəritəsində dəniz külək energetikası potensialının hər iki ssenariyə əsasən istifadəsi üçün tövsiyə olunan tədbirlər təqdim edilir. Həmin tədbirlərin sırasına 2030-cu və 2036-cı illər üçün hədəflərin müəyyən edilməsi, 200 meqavatt gücündə pilot layihənin, sonra isə bu qəbildən olan daha iri layihələrin işlənib hazırlanması və rəqabətli müsabiqə şəraitində tikilməsi və istifadəyə verilməsi, dəniz küləyi üçün yeni perspektivli sahələrin kəşf edilməsi, infrastrukturun modernləşdirilməsi, maliyyə vəsaiti cəlb etmək üçün qabaqcıl beynəlxalq təcrübələrin tətbiq edilməsi və dəniz külək energetikası sahəsində davamlı layihələr ardıcıllığını realizə etmək üçün dövlət qurumlarında və işçi qüvvəsində müvafiq bilik və bacarıqların artırılması daxildir.
“Son bir neçə onillikdə Azərbaycan Xəzər dənizinin neft-qaz ehtiyatlarından iqtisadi inkişafı məqsədləri üçün səmərəli istifadə edə bilib. Lakin dünya dəyişir və artıq dənizimizin digər ehtiyatından – küləyin gücündən yararlanmaq vaxtı çatıb”, - deyə energetika nazirinin müavini Elnur Soltanov deyib.
O əlavə edib ki, dəniz külək enerjisi ölkəyə neft-qaz sahəsində toplanmış təcrübəni və peşəkar işçi qüvvəsini yeni sahədə tətbiq edərək, eyni zamanda, dekarbonlaşma və iqtisadi şaxələndirmə məqsədlərinə çatmaq üçün unikal imkan verir.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklın sözlərinə görə, dəniz külək energetikası ölkə üçün yerli, rəqabətli qiymətə malik, irimiqyaslı və təmiz enerji və iş yerləri mənbəyi deməkdir. “Yüksək artım ssenarisinin təhlili göstərir ki, dəniz külək energetikası 2040-cı ilədək Azərbaycanın iqtisadiyyatı üçün minlərlə iş yerləri və milyardlarla əlavə dəyər yaratmaq, eləcə də milyonlarla ton karbon emissiyasının qarşısını almaq iqtidarındadır. Bu təhlillərə görə, dəniz külək enerjisi Azərbaycan 2030 - Milli Prioritetlərində vurğulanan öncüllərdən biri olan enerji sektorunda “xalis sıfır” emissiyalar hədəfinə nail olmaqda önəmli rol oynayacaq”, - deyə o vurğulayıb.
IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte qeyd edib ki, Yol Xəritəsi Azərbaycan Hökuməti və IFC arasında əməkdaşlıqda mühüm mərhələ olmaqla yanaşı, milli dekarbonlaşma strategiyasında dəniz küləyinin yaratdığı imkanlardan istifadə etmək üçün etibarlı zəmin yaradır. “Beynəlxalq Maliyyə Korporasiyası olaraq, biz Azərbaycan Hökuməti ilə yüksək səviyyəli əməkdaşlığımızla fəxr edir və iqtisadi artım üçün yeni imkanlar açan bərpa olunan enerji mənbələrindən daha geniş istifadə yolunda Azərbaycanı həm məsləhət xidmətləri göstərməklə, həm də bu sahəyə özəl investisiyaların təmin edilməsi üçün maliyyə vəsaiti cəlb etməklə dəstəkləməyə hazırıq”, - deyə o bildirib.
Xəbər verildiyi kimi, 2021-ci ilin aprel ayında Energetika Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında dənizdə külək enerjisi resursundan istifadə üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, IFC ilə əməkdaşlıq Azərbaycanda dənizdə külək enerjisi potensialının qiymətləndirilməsini və yol xəritəsinin işlənib hazırlanmasını, növbəti mərhələdə isə dənizdə müvafiq layihələrlə bağlı tenderlərin təşkili, özəl sektorla tərəfdaşlığın müəyyənləşdirilməsi, yardımçı investisiyaların həyata keçirilməsi kimi dəstəkləri nəzərdə tutur.
Anlaşma Memorandumu ilə nəzərdə tutulan bütün bu işlər IFC-nin “Dənizdə Külək Enerjisinin İnkişafı Proqramı” çərçivəsində yerinə yetiriləcək. Bu proqram Dünya Bankı Qrupunun təşəbbüsü olan “Enerji Sektorunun İdarəedilməsində Yardım Proqramı” - ESMAP çərçivəsində maliyyələşdirilir. ESMAP çərçivəsində aparılan ilkin təhlillərə görə, Azərbaycanda dənizdə külək enerjisinin texniki potensialı 157 GVt səviyyəsində qiymətləndirilir.
Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür.
Energetika Nazirliyinin məlumatına görə, Azərbaycanda enerji sisteminin ümumi gücünün 17%-i və ya 1,276 min MVt-ı bərpa olunan enerji mənbələrinin payına düşür. Ölkədə elektrik enerjisinin faktiki istehsalında bərpa olunan enerji mənbələrinin payı iri su elektrik stansiyalarının gücü nəzərə alınmaqla təxminən 8% təşkil edir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət