İyunun 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Z.Həsənov döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, bölmələrimizə qarşı mümkün təxribatlara dərhal adekvat cavab tədbirlərinin görülməsi ilə bağlı konkret tapşırıqlar verib”, - deyə məlumatda bildirilir.
Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri iştirak edib. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri müşavirəyə videobağlantı vasitəsilə qoşulublar.
Müşavirədə ötən ay ərzində qoşun növlərinin fəaliyyəti qiymətləndirilib, döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı məsələləri diqqətə çatdırılıb, qoşunların döyüş qabiliyyətinin daha da artırılması, eləcə də qarşılıqlı əlaqənin təkmilləşdirilməsi məqsədilə komandir-rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyulub.
“Müşavirədə real döyüş şəraitinə uyğun keçirilən təlim və praktiki məşqlərin intensivliyinin və keyfiyyətinin artırılmasının vacibliyi xüsusi qeyd edilib”, - deyə məlumatda qeyd olunur.
Müdafiə naziri müddətli həqiqi hərbi xidmətə yeni çağırılacaq gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların hərbi xidmətə adaptasiyası, şəxsi heyətin xidməti təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məsələlərinin diqqət mərkəzində saxlanılması ilə bağlı göstəriş verib.
Azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrdə qoşun xidmətinin təşkili, mühəndis təminatı üzrə zəruri tədbirlərin davam etdirilməsi, həmçinin hərbi infrastrukturun təkmilləşdirilməsi və təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə yaradılan Milli Müdafiə Universitetinin fəaliyyəti müsbət qiymətləndirilib. Müdafiə naziri Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda canından keçən şəhid və qazilərimizin ailələrinin hər zaman olduğu kimi 26 iyun - Silahlı Qüvvələr Günü ərəfəsində də diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq vəzifəli şəxslər qarşısında tapşırıq qoyub.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət