İqtisadi Şuranın iclasında 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) məsələsi müzakirə olunub. Bu barədə bu gün Nazirlər Kabinetindən məlumat verilib.
“İclasda cari ilin ötən dövrü üzrə iqtisadi vəziyyət, ortamüddətli sosial-iqtisadi proqnoz göstəriciləri, büdcə gəlirlərinin nəzərdə tutulandan daha çox icra olunması, 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılması və digər cari məsələlər geniş müzakirə olunub”, - deyə məlumatda bildirilir.
İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun və maliyyə naziri Samir Şərifovun, eləcə də Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzələri dinlənilib.
“2022-ci ilin dövlət büdcəsinə əlavə düzəlişlər hazırlanaraq baxılması üçün Prezidentə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib”, - deyə məlumatda qeyd olunur.
Daha əvvəl Prezident İlham Əliyev bildirmişdi ki, 2022-ci ilin dövlət büdcəsinin gəlirləri nəzərdə tutulandan daha çox olacaq, bununla əlaqədar hökumət dövlət büdcəsinin parametrlərinə dəyişiklik layihəsi üzərində işləyir.
Onun sözlərinə görə, əlavə gəlirlər həm də azad edilmiş torpaqlarda görülən işlərə daha çox vəsaitin ayrılmasına sərf olunacaq. Bundan əlavə, bu il də investisiya proqramı təsdiq olunub və proqrama əlavələr də ediləcək.
Azərbaycanın 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 milyard 816 milyon manat, xərcləri 29 milyard 879 milyon manat məbləğində təsdiqlənib. Dövlət büdcəsinin kəsiri 3 milyard 63 milyon manat və ya ÜDM-in 3,5%-i səviyyəsində proqnozlaşdırılır.
Maliyyə Nazirliyinin məlumatına görə, yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 10 milyard 687,6 milyon manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 29,8%), xərcləri 8 milyard 168,7 milyon manat (artım 8,5%), profisiti 2 milyard 518,9 milyon manat və ÜDM-in 6,4%-ni təşkil edib.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət