2022-ci ilin I rübündə magistral boru kəmərlərinin fəaliyyətindən Azərbaycanın gəlirləri 879 milyon 298,9 min manat ($517,2 milyon) təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Magistral neft kəmərlərinin (Bakı-Tbilisi-Ceyhan daxil olmaqla) fəaliyyətindən 309 milyon 395,3 min manat gəlir ($182 milyon) əldə edilib. Ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə gəlirlərin həcmi 10,6% azalıb.
2022-ci ilin I rübündə magistral neft kəmərləri şəbəkəsində itkilərin həcmi 0,6 min ton (2021-ci ilin müvafiq dövründə 0,8 min ton) təşkil edib.
2022-ci ilin yanvar-mart aylarında Cənubi Qafqaz boru kəməri magistralı (Bakı-Tbilisi-Ərzurum) daxil olmaqla magistral qaz kəmərlərinin fəaliyyətindən 569 milyon 903,6 min manat məbləğində gəlir ($335,2 milyon) əldə edilib. Ötən ilin I rübü ilə müqayisədə artım 20,4% olub.
Cari ilin I rübünün yekunları üzrə magistral qaz kəmərləri şəbəkəsində itkilərin həcmi 13,1 milyon kubmetr (2021-ci ilin müvafiq dövründə 14,3 milyon kubmetr) təşkil edib. Azalma 8,4% olub.
2022-ci ilin yanvar-mart aylarında magistral neft kəmərləri ilə 8 milyon 642,5 min ton neft (azalma 3,4%), qaz kəmərləri ilə 10 milyard 769,6 milyon kubmetr qaz (artım 9,7%) nəql edilib. Bununla yanaşı, magistral neft kəmərləri ilə nəqlin ümumi həcmində təxminən 77,2% Bakı-Tbilisi-Ceyhan boru kəmərinin, magistral qaz kəmərləri ilə nəqlin ümumi həcmində 46,7% Cənubi Qafqaz boru kəmərinin payına düşüb.
2021-ci ildə magistral boru kəmərlərinin fəaliyyətindən Azərbaycanın gəlirləri 3 milyard 49,505 milyon manat (artım 31,2%) təşkil edib. Magistral neft kəmərlərinin fəaliyyətindən 1 milyard 197 milyon 649,8 min manat (artım 6,3%), magistral qaz kəmərlərinin fəaliyyətindən 1 milyard 851 milyon 856 min manat gəlir (artım 54,7%) əldə edilib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət