2022-ci ilin I rübündə Azərbaycan hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından 1 milyard 46 milyon 154,5 min manat (cari məzənnə ilə $615,4 milyon) gəlir əldə edib ki, bu da 2021-ci ilin yanvar-mart aylarının göstəricisindən 45,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə hava nəqliyyatı ilə yükdaşımalardan 877 milyon 190,7 min manat məbləğində gəlir (artım 36,6%) əldə edilib. Bu gəlirlərin əsas həcmi – 877 milyon 28,2 min manatı (artım 36,6%) beynəlxalq yükdaşımaların, 162,5 min manatı isə daxili yükdaşımaların (artım 1,8 dəfə) payına düşüb.
Hava nəqliyyatı ilə sərnişin daşımalarından 168 milyon 963,8 min manat məbləğində gəlir (artım 2,2 dəfə) əldə edilib. Gəlirlərin əsas həcmi - 147 milyon 504,6 min manatı (artım 2 dəfə) beynəlxalq sərnişindaşımaların, 21 milyon 459,2 min manatı (artım 5,5 dəfə) daxili sərnişindaşımaların payına düşüb.
Hökumətin məlumatına görə, 2022-ci ilin yanvar-mart aylarında hava nəqliyyatı ilə yükdaşımaların həcmi 152,7 min ton (artım 41%), sərnişin daşımalarının həcmi 364,4 min nəfər (artım 3 dəfə) təşkil edib.
2021-ci ildə Azərbaycan hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından 3 milyard 240 milyon 291,2 min manat (artım 20,4%), sərnişin daşımalarından 635 milyon 109,8 min manat gəlir (artım 85%) əldə edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət