2022-ci ilin I rübündə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) ilə yük daşımalarından Azərbaycanın gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,8% - 147 milyon 119,1 min manatadək ($86,5 milyon) artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycanın bu nəqliyyat dəhlizi ilə yük daşımalarından gəlirləri 3,1% artaraq 55 milyon 44,9 min manat ($32,4 milyon) təşkil edib.
Yanvar-mart aylarında Avrasiya nəqliyyat dəhlizi ilə sərnişin daşımalarından Azərbaycanın gəlirləri 26,8% artaraq 9 milyon 662,8 min manat ($5,7 milyon) təşkil edib.
2022-ci ilin I rübündə TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 10 milyon 858,3 min ton təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7% çoxdur. Yüklərin 3 milyon 507 min tonu dəmir yolu nəqliyyatı (artım 4,7%), 6 milyon 115,1 min tonu avtomobil nəqliyyatı (artım 8,5%), 1 milyon 236,2 min tonu dəniz nəqliyyatı (artım 3,8%) ilə daşınıb.
Hesabat dövründə dəhliz vasitəsilə daşınmış yüklərin 2 milyon 585,3 min tonunu tranzit yüklər (artım 8%) təşkil edib. 1 milyon 424,6 min ton yük (artım 10,8%) dəmir yolu nəqliyyatı, 1 milyon 160,7 min ton yük (artım 4,8%) dəniz nəqliyyatı vasitəsilə daşınıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət