Belarusun Borisov şpal hopdurma zavodu “Azərbaycan Dəmir Yolları” QSC (ADY) üçün şpal məmulatlarının tədarükü üzrə tenderdə iştirak etməyi planlaşdırır. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu müəssisənin direktoru Gennadi Prosmıtski deyib.
“Biz mayda Azərbaycanla körpü tirlərinin tədarükü haqqında müqavilə bağlamışıq. Bundan başqa, iyunun sonunda Azərbaycan Dəmir Yolları üçün şpal məmulatlarının tədarükü ilə bağlı keçiriləcək iri tenderdə iştirak etməyi planlaşdırırıq”, - deyə o, BELTA-ya müsahibəsində bildirib.
Direktorun sözlərinə görə, zavodun bütün məhsullarının təxminən 60%-i ixrac olunur.
“Təxminən üçdə biri Belarus Dəmir Yolu müəssisələrinin, 10%-i isə ölkə təşkilatlarının nöqtəli alışlarının payına düşür. Daimi müştərilər arasında Rusiya, Gürcüstan, Azərbaycan və s. ölkələr var. Ötən il biz Böyük Britaniya bazarına çıxış imkanları əldə etsək də, sanksiyaların təzyiqi səbəbindən tədarüklər müvəqqəti olaraq dayandırılıb. Lakin sanksiyalar bizim üçün stressli vəziyyətə çevrilmədi, biz tez bir zamanda çıxış yolu tapdıq. Rusiya Federasiyası, Azərbaycan və Gürcüstana əlavə tədarüklər sayəsində biz may ayına qədər azalan həcmləri kompensasiya edərək planlaşdırılan ixrac göstəricilərinə nail ola bilmişik”, - deyə G.Prosmıtski vurğulayıb.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət