Aktivlərinin həcminə görə Azərbaycanın aparıcı 5 bankından biri olan olan və bu il yaranmasının 30-cu ildönümünü qeyd edən “Bank Respublika” ASC Naxçıvan şəhərində yeni filial açıb.
Bu, “Bank Respublika”nın sayca 28-ci filialıdır və Naxçıvanşəhəri, Heydər Əliyev prospekti, ev 37-3 ünvanında fəaliyyət göstərir.
Ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş filialda müştərilərin rahatlığı üçün bütün məqamlar nəzərə alınıb.
Bankın məlumatında qeyd olunur ki, “Bank Respublika”nın Naxçıvanda filial açması sahibkarlıq fəaliyyətinin dəstəklənməsində, real sektorun, xüsusən də kənd təsərrüfatının inkişaf etdirilməsində, eləcə də yeni iş yerlərinin açılmasında mühüm əhəmiyyət kəsb edir.
“Bank, filial şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq yaxın zamanlarda daha bir neçə yeni filialı müştərilərin xidmətinə verməyi planlaşdırır”, - “Bank Respublika”dan vurğulanır.
“Bank Respublika” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasında Almaniyanın ən iri maliyyə institutları - KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT təmsil olunur. Bankın əsas səhmdarı iş adamı Natiq Quliyevdir (2020-ci ilin sonuna kapitalda payı 67,7502%-dir).**
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət