2022-ci ilin yanvar-may aylarında dövlət əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən dövlət büdcəsinə 28 milyon manat ($16,5 milyon) məbləğində vəsait daxil olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatında deyilir.
“2022-ci ilin yanvar-may aylarında özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 17,7 milyon manat təşkil edib. Bundan əlavə, dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 10,3 milyon manat olub”, - Xidmətdən bildirilir.
5 ay ərzində dövlət əmlakının özəlləşdirilməsi üzrə 33 hərrac keçirilib. Hərraclarda 13 səhmdar cəmiyyəti, 9 kiçik dövlət müəssisəsinin səhmləri, 1 yarımçıq tikili və 273 nəqliyyat vasitəsi özəlləşdirilib.
Həmçinin, 1 539 qeyri-yaşayış sahəsinin icarə müqaviləsi imzalanıb, bu da 2021-ci ilin yanvar-may aylarının göstəricisindən 2,8 dəfə çoxdur. Bundan 393-ü qeyri-yaşayış sahələri üzrə, 1 146-sı isə torpaq sahələrinə dair olub. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət