2017-2021-ci illər ərzində Azərbaycanda bank sektorunun xarici borcu 2.4 dəfə - 2022-ci ilin əvvəlinə $383 milyonadək azalıb.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, bu barədə Mərkəzi Bankın saytında dərc olunan 2021-ci il ərzində maliyyə sabitliyi hesabatında qeyd olunur.
“2017-2020-ci illər ərzində bankların xarici borcu 2 dəfədən çox, il ərzində isə 14.3% (63 mln. ABŞ dolları) azalaraq 383 mln. ABŞ dolları təşkil edib”, - hesabatda qeyd olunur.
2017-ci ilin sonuna bank sisteminin xarici borcu $929 milyon səviyyəsində qiymətləndirilir.
AMB-dən vurğulanır ki, 2022-ci ilin əvvəlinə öhdəliklərin strukturunda bankların xarici borcunun payı 1.9% olub (2017-ci ilin sonuna – 6,5%, 2020-ci ilin sonuna – 2,8%).
“Ümumilikdə, 2021-ci ilin sonuna banklar tərəfindən cəlb olunmuş xarici borc ödənişlərinin yalnız 27%-i növbəti bir ilin payına düşür”, - AMB-dən bildirilir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət